Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Şarj oluna bilən hibrid avtomobillər havanı əvvəl düşünüləndən daha çox çirkləndirir – ARAŞDIRMA
CƏMİYYƏT

Şarj oluna bilən hibrid avtomobillər havanı əvvəl düşünüləndən daha çox çirkləndirir – ARAŞDIRMA

19 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Yeni bir araşdırmaya əsasən, şarj olunan hibrid avtomobillər əslində ekoloji cəhətdən daha az təmizdir.

Paraqraf.com bu barədə Gizmodo.com-a istinadən xəbər verir.

Məlumata görə, “Transport & Environment” təşkilatı 2021-2023-cü illər arasında Avropada qeydiyyatdan keçmiş yüzminlərlə avtomobili tədqiq edib və aşkar edib ki, belə maşınlar adi benzinlə və dizellə işləyən avtomobillərdən cəmi 19% az karbon qazı buraxır.

Əvvəllər Avropa İttifaqı hibridmühərrikli avtomobillərin tullantıları 75% azaltdığını iddia edirdi.

Tədqiqatçı Yohann Qimberin sözlərinə görə, Avropada bir çox sürücü hibrid avtomobillərini nadir hallarda şarj edir və daha tez-tez benzin mühərrikindən istifadə edirlər.

Nəticədə real məlumatlar göstərir ki, elektrik mühərriki yalnız hərəkət vaxtının 27%-i ərzində işlədilir, halbuki rəsmi qiymətləndirmələr bu rəqəmi 84% kimi göstərirdi.

Hətta tam “elektrik” rejimində belə, hibridlə işləyən avtomobillər sürətin artırılması və ya yoxuşla hərəkət zamanı benzin mühərrikindən qismən istifadə etməyə davam edir. Bu, bir kilometrə 68 qram karbon tullantısı ilə nəticələnir ki, bu da rəsmi göstəricilərdən doqquz dəfə çoxdur.

Alimlərin fikrincə, hesablamalardakı bu cür xətalar “Volkswagen”, BMW və “Mercedes-Benz” də daxil olmaqla avtomobil istehsalçılarının təxminən beş milyard avro cərimədən yayınmasına şərait yaradıb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

Next

İngiltərədən ömürlük viza aldı

Copyright 2026— Praqraf.com. All rights reserved