Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 19
  • Səbinə Salmanova: “Azərbaycan artıq regionun lider dövləti kimi tanınır”

Səbinə Salmanova: “Azərbaycan artıq regionun lider dövləti kimi tanınır”

admin 19 Oktyabr 2025 4 minutes read
1760780705171841271968f361a146dc7
PAYLAŞIN:

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixi bir gündür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz müstəqil dövlətini bərpa etdi. Bu sənəd əsrlər boyu azadlıq, milli kimlik və dövlətçilik uğrunda mübarizə aparan Azərbaycan xalqının tarixi arzusunun reallaşması idi”.

Paraqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı hələ 1918-ci ildə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla dövlət quruculuğu ənənələrinə sahib olduğunu bütün dünyaya sübut etmişdi:

“Lakin cəmi 23 ay sonra müstəqilliyin itirilməsi xalqımızın azadlıq amalını sönməyə qoymadı. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə yaranan tarixi şəraitdən istifadə edən xalqımız yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin bərpası ilə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoydu və xalqımız tarixin ən şərəfli səhifəsini yazdı”.

Parlamentari xatırladıb ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü oldu:

“Dövlətçiliyin bərpası ilə yanaşı, ölkə daxili çəkişmələr, iqtisadi böhran, xarici təzyiqlər və Ermənistanın təcavüzü ilə üz-üzə qaldı. Xalqımızın azadlıq arzusu təhlükə altına düşdüyü bir zamanda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası milli dövlətçiliyimizi xilas etdi.

1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, anarxiya və xaosdan qorudu, dövlətin dayaqlarını möhkəmləndirdi, siyasi sabitlik və ictimai etimadı bərpa etdi.

Ulu Öndərin müdrik rəhbərliyi ilə qəbul edilən Yeni Konstitusiya, milli ordu quruculuğu, iqtisadi islahatlar və müstəqil xarici siyasət Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz əsasını yaratdı”.

“Ümummilli Lider Heydər Əliyev uzaqgörənliklə bildirirdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Bu ideya bu gün də milli ideologiyamızın bünövrəsini təşkil edir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regionun lider dövləti, qlobal miqyasda isə etibarlı tərəfdaş kimi tanınır. Müstəqilliyimizin real məzmunu cənab İlham Əliyevin 22 illik prezidentliyi dövründə daha da dərinləşib, bu gün ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya və qətiyyətli siyasi iradəyə malikdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası dövlət müstəqilliyimizin ən parlaq təcəssümüdür. Bu Qələbə ilə Azərbaycan həm öz suverenliyini möhkəmləndirdi, həm də müstəqil dövlət kimi gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi”, – deputat S.Salmanova söyləyib.

Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Prezident amerikalı rəsmini qəbul etdi – FOTO
Next: 18 Oktyabr – Azərbaycanın Müstəqillik Günü

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.