Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
İDMAN

Azərbaycanın üç boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

19 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Monteneqronun Budva şəhərində boks üzrə U-15 Avropa çempionatına start verilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Boks Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın ilk günündə Azərbaycan millisinin 3 idmançısı qələbə qazanıb.

Elcan Musazadə (50 kq) 1/16 finalda Devidas Sisikisi (Litva) məğlub edib. Boksçumuz 5:0 (30:24, 30:26, 30:26, 30:25, 30:26) hesabı ilə qalib gəlib. O, növbəti döyüşündə Vladimir Xvistani (Gürcüstan) ilə üz-üzə gələcək.

Nəsrin Abdullazadə (40 kq) də Avropa çempionatında ilk qarşılaşmasını aktivinə yazıb. Boksçumuz 1/8 finalda Ester Moloşanı (Macarıstan) mübarizədən kənarlaşdırıb – 3:2 (29:28, 29:28, 30:27, 28:29, 28:29). Abdullazadə 1/4 finalda Esila Yıldırımla (Türkiyə) qüvvəsini sınayacaq.

Leyla Mahmudlu (50 kq) isə 1/8 finalda Aleksandra Sinaqraya (İtaliya) qalib gəlib. Təmsilçimiz rəqibini 3:1 (29:27, 29:27, 29:27, 27:29, 28:28) hesabı ilə məğlub edib. O, ikinici görüşünü Adriana Munos Qinesə (İspaniya) qarşı keçirəcək.

Qeyd edək ki, 32 ölkədən 369 boksçunun qatıldığı Avropa çempionatına oktyabrın 25-də yekun vurulacaq.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mikayıl Cabbarov İslam İnkişaf Bankına üzv ölkələr üzrə müdirlərin görüşündə iştirak edib

Next

Pakistan və Əfqanıstan nümayəndə heyətləri Türkiyədə görüşəcəklər

Copyright 2026— Praqraf.com. All rights reserved