Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
ELM VƏ TƏHSİL

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

19 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Paraqraf.com bildirir ki, Müdafiə Nazirliyindən bildirilib ki, çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması və inkişafında misilsiz xidmətlərindən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində atdığı qətiyyətli addımların tarixi əhəmiyyətindən danışıblar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ümummilli Liderin strateji kursunun yüksələn istiqamətdə, müasir dövrün reallıqları nəzərə alınaraq uğurla davam etdirilməsi nəticəsində müstəqilliyimizin daha da möhkəmləndirildiyi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu xüsusi vurğulanıb.

Prezident İlham Əliyevin uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycanda dayanıqlı inkişafın təmin olunduğu, dünyəvilik prinsiplərinin qorunduğu, ölkəmizin beynəlxalq aləmdə söz və nüfuz sahibi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbirlər çərçivəsində vətənpərvərlik mövzusunda sənədli filmlər, videoçarxlar və bədii kompozisiyalar təqdim edilib, şəhidlərimizin məzarları və tarix muzeyləri ziyarət olunub.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Husilər BMT-nin bir neçə əməkdaşını saxlayıblar

Next

Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olunub

Copyright 2026— Praqraf.com. All rights reserved