Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olunub
ELM VƏ TƏHSİL

Azərbaycanlı alim Radford Universitetində yüksək vəzifəyə təyin olunub

19 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı akademik Əqidə Mənizadə yüksək vəzifəyə təyin olunub.

Paraqraf.com xəbər verir ki,ABŞ-nin Virciniya ştatında yerləşən Radford Universitetində Magistratura işləri üzrə köməkçi prorektor təyin edilib.

Radford Universitetinin prorektoru Betani Aşer bildirib ki, bu təyinat tələbə mərkəzli modelin gücləndirilməsinə və universitetin magistratura təhsilində uğurların artırılmasına xidmət edir. Universitet jurnalı azərbaycanlı akademikin beynəlxalq təhsilə verdiyi əhəmiyyətli töhfələr barədə geniş məqalə yayımlayıb.

Qeyd edək ki, Əqidə Mənizadə Bakı Dövlət Universitetində riyaziyyat üzrə bakalavr və magistr dərəcələrini, “William & Mary” Kollecində riyaziyyat təhsili üzrə magistr dərəcəsini, Virciniya Universitetində isə riyaziyyat təhsili üzrə fəlsəfə doktoru dərəcəsini alıb. O, 2009-cu ildən etibarən Radford Universitetinin Riyaziyyat və Statistika Departamentində professor vəzifəsində çalışır. Ə. Mənizadə həmçinin Virciniya Riyaziyyat Müəllimləri Şurasının prezidenti və “Virciniya Riyaziyyat müəllimi” jurnalının baş redaktorudur.

Akademikin tədqiqat sahələri arasında riyaziyyat təhsili, tədris metodologiyası, onlayn təhsil və təhsil qiymətləndirməsi yer alır. O, 27 elmi nəşrə imza atıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub

Next

Prezident amerikalı rəsmini qəbul etdi – FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved