Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ-yə Ukrayna münaqişəsində sülh müqaviləsi layihəsini hazırlamağa başlamağı təklif edib.
Paraqraf.com xəbər verir ki, bu barədə “Axios” nəşri adını açıqlamadığı mənbəyə istinadən məlumat yayıb.
İddia olunur ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə Avropa liderləri arasında telefon danışığından sonra Böyük Britaniya rəhbəri belə addım atıb.
Məlumata görə, proseslər ABŞ Prezidenti Donald Trampla Ukrayna liderinin görüşündən sonra cərəyan edib.
Qeyd edək ki, oktyabrın 17-də Zelenskinin Vaşinqtonda ABŞ lideri ilə iki saat yarımdan çox davam edən görüşü olub.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
