Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Özündən böyük sevgilisini evinə gətirdi: Anası hər ikisini küçəyə qovdu
HADİSƏ

Özündən böyük sevgilisini evinə gətirdi: Anası hər ikisini küçəyə qovdu

18 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda kişi özündən yaşca böyük sevgilisini döyüb.

Paraqraf.com “Oxu.Az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Sabunçu qəsəbəsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Qəhrəman Ağayev (adı və soyadı şərtidir) Bakıda boşanmış, 3 uşaq anası olan qadınla tanış olub. O, 4 il həmin qadınla sevgili olduqdan sonra aralarında problem yaranıb və qadın Qəhrəmandan ayrılmaq istəyib. Qəhrəman isə ona evlənmək və birgə yaşamağı təklif edib. O, taksi ilə Abşeron rayonunun Qobu qəsəbəsinə – qadının yaşadığı evə gedərək, onu evlərinə gətirmək istəyib. Gecə saat 23 radələrində Qəhrəman sevdiyi qadını yaşadığı evə gətirərək, anası ilə tanış etmək istəyib. Qəhrəmanın anası qadının o evdə yaşamasına icazə verməyib və oğlu ilə onun sevgilisini söyərək evdən qovub.

Qəhrəman və sevgilisi gəldikləri taksi ilə yenidən Qobu qəsəbəsinə qayıdıblar. Yolda qadın Qəhrəmanın anasının ünvanına təhqiramiz söyüşlər söyüb. Anasının təhqir edilməsinə dözə bilməyən Qəhrəman avtomobildə qadını döyüb. Qadın avtomobildən düşüb qaçıb və Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq, şikayət edib.

Hadisə yerinə polis əməkdaşları gələrək Qəhrəman Ağayevi saxlayıblar.

Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Q.Ağayevə 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İlin əvvəlin dən nəqliyyat vasitələri və hissələrinin idxalı artıb

Next

Ölkəyə ət idxalı azalıb

Copyright 2026— Praqraf.com. All rights reserved