Cari ilin ilk 9 ayında ölkəyə 2 milyard 169 milyon 147.43 min dollar dəyərində nəqliyyat vasitələri və onların hissələri idxal edilib.
Paraqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, nəqliyyat vasitələri və onların hissələrinin ümumi idxalda payı 12.94 faiz olub.
2024-cü ilin ilk 9 ayında ölkəyə 1 milyard 690 milyon 458 min dollar həcmində nəqliyyat vasitələri və onların hissələri gətirilmişdi ki, bu ilin eyni dövrü ilə müqayisədə 478 milyon 689 min ABŞ dolları azdır.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 16 milyard 769 milyon 1 min dollar qiymətində mal idxal olunub.
Paraqraf.com
![]()
Visited 10 times, 1 visit(s) today
