Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına – Çağırış
SİYASƏT

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarına – Çağırış

18 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ-də yaşayan Azərbaycan vətəndaşlarının Vaşinqtonda yerləşən Səfirlikdə göstərilən konsulluq xidmətlərindən istifadəsini daha da əlçatan etmək məqsədilə konsulluq qəbulu günlərinin sayı artırılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-dəki Azərbaycan vətəndaşları həftənin bazar ertəsi, çərşənbə və cümə günləri yerli vaxtla səhər saat 09:20-dən 12:20-dək ümumvətəndaş pasportunun yenilənməsi, “Qayıdış Şəhadətnaməsi”nin rəsmiləşdirilməsi, konsulluq qeydiyyatı, notariat hərəkətləri, vətəndaşlıq məsələləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı və sənədlərin sorğu əsasında alınması üçün səfirliyə müraciət edə bilərlər.

Həmçinin, vətəndaşlar bazar ertəsi, çərşənbə və cümə günləri hazır olan sənədləri saat 16:30-17:30 aralığında diplomatik nümayəndəlikdən təhvil ala bilərlər. Eyni zamanda, vətəndaşlarımızın səfirliklə operativ əlaqə yarada bilməsi üçün əlavə olaraq mobil telefon xətti yaradılıb: +1(202)556-9391; Konsulluq bölməsinin elektron poçt ünvanı: consul@azembassy.us.

Bundan başqa, səfirliyin məlumatına görə, bu ilin 1 noyabr tarixində Nyu-York və yaxın ətraf ərazilərdə yaşayan həmvətənlilərimiz üçün səyyar konsulluq xidməti həyata keçiriləcək.

Bildirilib ki, Bruklində baş tutacaq həmin səyyar konsulluq xidmətlərindən faydalanmaq istəyən vətəndaşlardan aşağıda qeyd olunan keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.

Əlavə edilib ki, səyyar konsulluq zamanı müraciət üçün zəruri olan sənədlərlə bağlı ətraflı məlumatı səfirliyin internet səhifəsində yerləşdirilib.

Vurğulanıb ki, ABŞ-nin digər ştatlarında yaşayan vətəndaşlarımızın konsulluq xidmətlərindən mümkün istifadəsini daha əlçatan etmək məqsədilə səfirlik tərəfindən ilin sonuna kimi Çikaqo (İllinoys, 9 noyabr), Filadelfiya (Pensilvaniya, 11 noyabr) və Hyustonda (Texas, 27 dekabr) da səyyar konsulluq xidmətləri həyata keçiriləcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp keçmiş konqresmeni həbsdən azad etdi

Next

Mental sağlamlıq haqqında tabu niyə qırılmalıdır?

Copyright 2026— Praqraf.com. All rights reserved