Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 17
  • Toy günü gəlinin ata-anası ölmüşdü: Kürəkən cəzalandırıldı

Toy günü gəlinin ata-anası ölmüşdü: Kürəkən cəzalandırıldı

admin 17 Oktyabr 2025 3 minutes read
IMG-20251017-WA0053
PAYLAŞIN:

Biləsuvarda 4 nəfərin ölümünə səbəb olan qəzanı törətməkdə təqsirləndirilən 30 yaşlı Xəyyam Quluzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Paraqraf.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən il dekabrın 28-i saat 08:38-də rayonun Arazbarı kəndi ərazisində baş verib.

Həmin gün Cəbrayılın Cocuq Mərcanlı kəndində Xəyyamın baldızının toyu keçirilməli imiş. O, həyat yoldaşı, övladları, qayınanası və qayınatası ilə birgə sübh saatlarında Bakıdan rayona yola çıxıb. Lakin yorğun və yuxulu olduğundan onun idarə etdiyi “Opel” markalı avtomobil Biləsuvarda E.Kərimlinin sürdüyü VAZ-la toqquşub. Nəticədə özü, arvadı Gözəl, oğlu Hüseyn və qızı Məlahət xəsarət alıblar. Qayınanası Şöhlət hadisə yerində, qayınatası Tofiq isə aldığı xəsarətlərdən bir neçə gün sonra xəstəxanada vəfat edib. Digər maşındakı şəxslərdən Məryəmxanım Kərimova və İlqar Kərimov da hadisə yerində ölüblər, bir nəfər isə yaralanıb.

Qəza səbəbindən isə toy xeyli müddət sonraya təxirə salınıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Xəyyam bildirib ki, baş vermiş hadisə həyatını alt-üst edib: “Yol-nəqliyyat hadisəsində özüm də qayınatam və qayınanam daxil olmaqla yaxın qohumlarımı itirmişəm. Baldızımın toyunu yasa çevirdiyim üçün qohum-əqrəba arasına çıxa bilmirəm. Qarşı tərəfdən də rəhmətə gedənlər olub. Qəzanın ehtiyatsızlıqdan baş verdiyini, əməlimdən səmimi peşmanlığımı, zərərçəkmişlərə dəymiş ziyanı həm onların müalicə olunmaları, həm dəfn xərcləri ilə bağlı ödəməyimi, bununla əlaqədar borca düşdüyümü, işləyib qaytarmalı olduğumu, bundan başqa, himayəmdə iki azyaşlı uşağımın olmasını nəzərə almağınızı xahiş edirəm. Uşaqlarım da hadisədə xəsarət aldı, onkoloji xəstəlikdən əziyyət çəkən arvadım da mənim himayəmdədir. Ailənin yeganə gəlir gətirən fərdi olmağım nəzərə alınmaqla yekun qərarda işləməyimə şərait yaradılması üçün azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edirəm”.

Xəyyam Quluzadə Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il azadlıqdan məhrumetmə və əlavə olaraq 4 il sürücülük hüququnun məhdudlaşdırılması cəzasına məhkum edilib. O, müəyyən şərtlər daxilində məntəqətipli cəzaçəkmə müəssisəsini tərk edə biləcək.

Paraqraf.com

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanda D-8 həftəsi təşkil edilir
Next: Yekaterinburqda Azərbaycan diasporunun üzvləri barədə qərar verildi

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.