Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/DİN-də vətəndaş müraciətlərinə baxılmasına nəzarət gücləndirilir
HADİSƏ

DİN-də vətəndaş müraciətlərinə baxılmasına nəzarət gücləndirilir

17 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

DİN-də vətəndaş müraciətlərinə baxılmasına nəzarət daha da gücləndirilir.

Paraqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən Kollegiya iclasında vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər haqqındakı müzakirədə qeyd edilib.

İclasda bildirilib ki, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində böyük bir iş həcmi yerinə yetirilib. Respublikanın 55 şəhər və rayonundan olan 6.279 vətəndaş qəbul edilərək, onların əksəriyyətinin müraciətləri yerində həll olunub. Bununla yanaşı, 80.834 müraciətə baxılaraq təşəbbüskarlara hüquqları izah edilməklə yazılı cavablar verilib.

Qeyd olunub ki, əsas vəzifələrdən biri vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu mühüm məsələdə polisin hər zaman insanların güvən yeri olduğunu vurğulayan daxili işlər naziri, ərazi orqanlarının rəislərinə vətəndaş müraciətlərinə bundan sonra da həssaslıqla yanaşmağı, bütün araşdırmaların keyfiyyətlə aparılmasını və qaldırılan məsələlərin qanuni və operativ həlli üçün səylərin gücləndirilməsini tapşırıb.

Həmçinin, bu sahəyə məsuliyyətin daha da artırılmasının vacibliyi xüsusi qeyd edilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanın neft ixrac etdiyi ölkələr – SİYAHI

Next

Vilayət Eyvazov narkotiklə mübarizə sahəsində tapşırıqlar verdi

Copyright 2026— Praqraf.com. All rights reserved