Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ARAŞDIRMA/Göyərtəsində milyarderlərin olduğu “Titan”ın batma səbəbi bilindi
ARAŞDIRMA

Göyərtəsində milyarderlərin olduğu “Titan”ın batma səbəbi bilindi

16 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Titan” sualtı aparatının qəzası layihələndirmə səhvi səbəbindən baş verib.

Paraqraf.com gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) hesabatında bildirilir.

Araşdırma zamanı qurumun mütəxəssisləri batiskafın gövdəsinin zəruri möhkəmlik və davamlılıq tələblərinə cavab vermədiyini müəyyən ediblər. “Titan”ı istismar edən “OceanGate” şirkəti sualtı aparatın sınaqlarını keçirmədiyindən bu barədə məlumatı olmayıb.

Hesabata görə, batiskafın gövdəsinin mərkəzi hissəsini təşkil edən borunun hazırlandığı karbon lifi qatlara ayrılıb. Vəziyyət mənşəyi məlum olmayan əlavə zədələr səbəbindən daha da ağırlaşıb. Bu səbəbdən aparatın daxili konstruksiyası zərər çəkib.

Xatırladaq ki, avqustun əvvəlində ABŞ Sahil Mühafizəsi 18 iyun 2023-cü ildə göyərtəsində milyarderlərin olduğu “Titan” batiskafının qəzasının səbəblərinə həsr olunmuş araşdırmanı dərc edib. Komissiya belə nəticəyə gəlib ki, texniki mütəxəssislərin əsaslı narahatlıqlarına diqqət yetirilsə və gəmiyə lazımi xidmət göstərilsəydi, fəlakətin qarşısını almaq olardı. Qəzada günahkar “Titan”ı istismar edən ABŞ-nin “OceanGate” şirkəti hesab olunub. Hadisə zamanı “OceanGate”in təsisçisi, milyarder Stokton Raş da daxil olmaqla beş nəfər həyatını itirib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gürcüstan ATƏT-ə nota verdi

Next

Ukraynanın “Şaxtyor”u Rusiya çempionatında oynaya bilər

Copyright 2026— Praqraf.com. All rights reserved