Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 16
  • Füzuli Azərbaycanın yenidənqurma və intibah rəmzidir.

Füzuli Azərbaycanın yenidənqurma və intibah rəmzidir.

admin 16 Oktyabr 2025 8 minutes read
Изображение WhatsApp 2025-10-16 в 18.32.45_3dc9011e
PAYLAŞIN:

Azərbaycan zəngin yeraltı və yerüstü təbii sərvətləri, əlverişli coğrafi mövqeyi və müxtəlif iqlim şəraiti ilə seçilən bir ölkədir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun Azərbaycanda müşahidə olunması, ölkəmizin təbiətinin nə qədər rəngarəng və zəngin olduğunun göstəricisidir. Bu iqlim müxtəlifliyinin öz əksini tapdığı bölgələrdən biri də Azərbaycanın qədim və tarixi diyarı – Füzuli şəhəridir. Füzuli, Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər uzanan maili düzənlik və alçaq sahələri əhatə edir. Rayonun ərazisi 1386 km²-dir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Ərazidən axan Quruçay, Köndələnçay və Çərəkən çayları Araz hövzəsinə daxildir.

Azərbaycanın qədim yaşayış məskənlərindən biri olan Füzuli şəhərinin əsası 1827-ci ildə qoyulmuşdur. 1930-cu ildə Qarabulaq adlı yaşayış məntəqəsi əsasında rayon yaradılmış və ona Qaryagin adı verilmişdir. 1959-cu ilin aprel ayında görkəmli Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi münasibətilə rayonun adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Füzuli rayonu tarixən Azərbaycanın mədəniyyət və elm ocaqlarından biri olmuşdur. Burada yaşamış insanlar öz zəhmətləri, qonaqpərvərliyi və vətənpərvərliyi ilə tanınmışlar. Eyni zamanda, bu torpaq çoxsaylı tarixi və dini abidələri, qədim türbələri və qəbiristanlıqları ilə milli irsimizin ayrılmaz hissəsidir.

XX əsrin sonlarında baş verən hadisələr Füzuli rayonunun taleyinə ağır sınaqlar yazdı. 1993-cü il avqustun 23-də Füzuli şəhəri və rayonun böyük hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Bu işğal nəticəsində yüzlərlə füzulili ailə doğma yurd-yuvasından didərgin düşdü. Rayonun 400 nəfərədək sakini müharibə əlili oldu, 663 nəfər qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı, 181 nəfər isə əsir və itkin düşdü. Bu faktlar təkcə bir rayonun deyil, bütövlükdə Azərbaycan xalqının ağrılı tarixinin bir parçasıdır. Azərbaycan xalqı heç vaxt bu ədalətsiz işğalla barışmadı. 1994-cü il yanvarın 5-də Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu uğur xalqımızın mübarizə əzminin və torpaq sevgisinin parlaq nümunəsidir.

Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsinin ən ağır və həlledici mərhələlərindən biri olmuşdur. 30 ilə yaxın müddətdə düşmənin qurduğu möhkəm müdafiə sədlərinin yarılması, Azərbaycan Ordusunun peşəkarlığının, yüksək döyüş hazırlığının və qəhrəmanlığının bariz nümunəsidir. Füzuli rayonunun azad olunması təkcə hərbi baxımdan deyil, həm də strateji və mənəvi baxımdan böyük əhəmiyyət kəsb edirdi. Füzuli təmas xəttində düşmən çoxsaylı istehkamlar, mina sahələri və müşahidə məntəqələri yaratmışdı. Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri 17 oktyabr 2020-ci il tarixində şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmişdir. Bu tarixi gün Vətən müharibəsinin ən əlamətdar səhifələrindən biri kimi xalqımızın yaddaşına əbədi həkk olunmuşdur. Füzuli uğrunda gedən döyüşlər Vətən müharibəsinin ən çətin, eyni zamanda ən qürurverici döyüşlərindən idi. 30 ilə yaxın düşmən işğalı altında qalan bu torpaqların hər qarışı uğrunda igid əsgərlərimiz böyük şücaət göstərdilər. Ordumuz uzun illər ərzində möhkəmləndirilmiş düşmən istehkamlarını yararaq qətiyyət və peşəkarlıqla irəlilədi. Füzulinin azad edilməsi həm strateji, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıyırdı. Bu qələbə Azərbaycan Ordusuna növbəti əməliyyatlarda üstünlük qazandırdı və digər işğal olunmuş torpaqlarımızın azad edilməsi üçün mühüm yol açdı. Eyni zamanda, bu qələbə xalqımıza mənəvi güc verdi, illərlə həsrətində olduğumuz doğma yurd yerlərinə dönüşün başlanğıcını qoydu. Vətən müharibəsi zamanı ümumilikdə Füzuli rayonunun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Bu, ordumuzun igidliyi, Ali Baş Komandanın müdrik rəhbərliyi və xalqımızın sarsılmaz birliyinin nəticəsidir.

2020-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı təsis edilmişdir. Bu medal Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına təqdim olunur. Ümumilikdə 25.325 nəfər hərbi qulluqçu bu yüksək mükafata layiq görülmüşdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilmiş və 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən edilmişdir. Bu tarix Füzulinin qəhrəmanlıq salnaməsinin, Vətən müharibəsində qazanılan Zəfərin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin rəmzidir.

Füzuli rayonunda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Nəqliyyat infrastrukturunun yenidən qurulması istiqamətində mühüm layihələr icra edilmişdir. Zəfər, Füzuli–Hadrut və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları istifadəyə verilmiş, həmçinin Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı həyata keçirilmişdir. Eyni zamanda, Böyük Qayıdış Proqramı çərçivəsində 2023-cü il avqustun 18-dən etibarən Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin geri qayıdışı başlanmışdır. İlk mərhələdə 144 ailə Füzuliyə köçürülmüş, 2024-cü il yanvarın 24-də isə növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınmışdır.

Bu gün Füzuli sürətlə dirçəlir və öz əvvəlki şöhrətinə yeni məzmunla qayıdır. Prezident İlham Əliyevin bu bölgəyə etdiyi çoxsaylı səfərlər, yeni obyektlərin açılışında iştirakı, hər layihəyə şəxsən nəzarəti Füzuliyə verilən dərin dövlət qayğısının təcəssümüdür. Qısa zamanda şəhərdə Füzuli Beynəlxalq Hava Limanı, müasir avtomobil yolları, məktəblər, tibb ocaqları, yaşayış massivləri, mədəniyyət mərkəzləri tikilib istifadəyə verilib. Bu şəhər artıq işğaldan azad olunmuş torpaq deyil, Azərbaycanın yenidənqurma və intibah rəmzidir. Füzuliyə həyat qayıdır, insanlar doğma yurdlarında yeni gələcək qurur. Prezidentin dediyi kimi, “biz bu torpaqlara əbədi qayıtmışıq” – bu, həm qələbənin, həm də bərpa olunan Vətənin ən təsirli ifadəsidir. Füzuli bu gün azad, abad və gələcəyə inamla addımlayan şəhərdir.

Hüseynova Samirə Adəm qızı

Paraqraf.com

Loading

Visited 70 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: TƏBİB-dən Ramiz Mehdiyevlə bağlı AÇIQLAMA
Next: Qan donorluğunun inkişafı və təbliği ilə bağlı iki tərəfli görüş keçirilib

OXŞAR MÖVZULAR

IMG-20260305-WA0021

“İdeal münasibət” illüziyası: Sosial şəbəkələr ailələri doğrudanmı dağıdır? – Psixoloqdan açıqlama

admin 05 Mart 2026
IMG-20260305-WA0011

Tural irfan: “Ramazan ticarət ayı deyil, səxavət ayıdır”

admin 05 Mart 2026
IMG-20260305-WA0004

Naxçıvanda yaşayış evinə dron düşdü – VİDEO

admin 05 Mart 2026

XƏBƏR LENTİ

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.