Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Tramp və Zelenski arasında Vaşinqton görüşü: Ukraynaya yeni yardım gündəmdə
MANŞETÖZƏL

Tramp və Zelenski arasında Vaşinqton görüşü: Ukraynaya yeni yardım gündəmdə

15 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Volodimir Zelenski ilə Vaşinqtonda görüşməyi planlaşdırır.

Bu barədə “Financial Times” məlumat yayıb. Məlumata görə, danışıqlar oktyabrın 17-də baş tutacaq.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Paraqraf.com-a açıqlamasında bildirib ki, 2024-cü il seçki kampaniyası zamanı Donald Tramp dəfələrlə Ukraynadakı müharibəni 24 saat ərzində sona çatdıracağını iddia edirdi:

“Lakin hakimiyyətinin ilk aylarında bunun o qədər də asan olmadığını anladı. Bu iddiaları həm daxili auditoriyada, həm də beynəlxalq səhnədə nüfuzunu artırmaq məqsədilə irəli sürürdü. Tramp Rusiya ilə Ukrayna arasında ortaq məxrəc yarada bilmədi və Rusiyaya etdiyi təzyiqlər gözlənilən nəticəni vermədi. Digər regionlarda müsbət nəticələr əldə etsə də, Rusiya–Ukrayna müharibəsində bunu bacarmadı. Bu səbəbdən, Co Bayden dövründə Ukraynaya edilən yardımlar Trampın prezidentliyi dövründə müxtəlif formalarda və mərhələlərlə davam etdirildi. ABŞ bu prosesə Avropa ölkələrini də daha çox cəlb etməyə nail oldu”.

Siyasi şərhçi əlavə edib ki, yaxın günlərdə baş tutması gözlənilən Zelenski–Tramp görüşü Ukraynaya yeni yardımların razılaşdırılması baxımından Kiyev üçün əhəmiyyətli platforma ola bilər:

“Zelenski bu görüşdə ABŞ-dən daha güclü dəstək əldə etməyə çalışacaq. Xüsusilə Rusiyanın Ukraynanın enerji infrastrukturlarına hücumlarını artırdığı bir vaxtda Kiyev hava müdafiə sistemlərinin gücləndirilməsini istəyir. Ukrayna əsasən hava hücumundan müdafiə sistemləri və ‘Tomahawk’ raketləri almaq niyyətindədir. Bu raketlər məhdud sayda olsa da, onların verilməsi ABŞ-nin müharibəyə dəstəyinin yeni mərhələsini göstərəcək”.

E.Səftərovun sözlərinə görə, Zelenski, həmçinin Qərb dövlətlərinə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yönəldilməsi təklifini yenidən gündəmə gətirəcək:

“Zelenskinin məqsədi görüşdən müsbət nəticələr əldə etməklə müdafiəni gücləndirmək, enerji dayanıqlılığını təmin etmək və Rusiyaya qarşı sanksiya təzyiqlərini artırmaqdır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ANDINA SADİQ HƏKİM

Next

YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov

Copyright 2026— Praqraf.com. All rights reserved