Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 15
  • “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib

“Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib

admin 15 Oktyabr 2025 3 minutes read
01-5
PAYLAŞIN:

15 oktyabr 2025-ci il tarixində “Rebuild Karabakh 2025” sərgisinin 2-ci günündə  “Qarabağın dirçəlişi müasir kommunikasiya və hekayəçilik müstəvisində” mövzusunda panel müzakirəsi keçirilib.

Medianın İnkişafı Agentliyi və Qarabağ Dirçəliş Fondunun birgə təşkilatçılığı ilə keçirilən müzakirədə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, britaniyalı tədqiqatçı və yazıçı (Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bioqrafiyasının müəllifi) Qrem Vilson, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva və Azərbaycan Dövlət İnformasiya Agentliyinin fotomüxbiri Vüqar İbadov iştirak ediblər.

Panel müzakirələri zamanı vurğulanıb ki, hekayəçilik müasir kommunikasiya strategiyalarının əsas tərkib hissəsinə çevrilib. O, yalnız məlumat ötürmək vasitəsi deyil, həm də milli yaddaşın qorunması, mədəni irsin və mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi üçün güclü bir alət kimi çıxış edir. Təqdimat formasından asılı olmayaraq Qarabağın dirçəlişinə həsr olunan hər hekayə xalqımızın birliyini, əzmini və milli qürurunu əks etdirir, həm də geniş auditoriyada emosional rezonans yaradır.

Qeyd olunub ki, müasir kommunikasiya və hekayəçilik təcrübələri göstərir ki, lokal hekayələrin beynəlxalq auditoriyaya çatdırılması üçün vizual media, interaktiv platformalar və rəqəmsal kampaniyalar mühüm rol oynayır. Kommunikasiya prosesində empatiya və aidlik hissinin gücləndirilməsi insanların özlərini hekayənin bir parçası kimi hiss etməsinə şərait yaradır.

Dünyada oxşar təcrübələrə nəzər yetirdikdə emosional əlaqə və aidlik hissinin yaradıcı təqdimat vasitələri ilə gücləndikdə ictimai dəstəyi və iştirakçılığı əhəmiyyətli dərəcədə artırdığını görmək olar. Qarabağın dirçəlişi hekayəsi də həm milli, həm də qlobal səviyyədə maraq yaratmaq potensialına malikdir. Hekayələrin təqdimatında vizual və rəqəmsal vasitələrdən istifadə, fotolarla hekayəçilik mesajlarının auditoriya tərəfindən daha dərindən qavranmasına, emosional təsirin güclənməsinə, hadisələrin içində olma hissini yaratmaqla həm də insanları birləşdirən güclü mesaj kimi təqdim etməyə imkan verir.

Çıxışlardan sonra spikerlər panel iştirakçıları tərəfindən ünvanlanan sualları cavablandırıblar.

Görüşün sonunda çıxışçılara Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi plaket, hər bir spikerin adından müzəffər ordumuzun qazandığı möhtəşəm Qələbəyə həsr olunan və Qarabağda ekoloji tarazlığın bərpasına töhfə məqsədilə bir ağacın ianəsini təsdiq edən “Zəfər Günü” ianə sertifikatı, eləcə də sülh, dayanıqlılıq və bolluq kimi dəyərləri təcəssüm etdirən zeytun ağacı tingləri təqdim edilib.

1 / 10

Loading

Visited 15 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Misir Mərdənov: Ramiz mənə o qədər pislik edib ki…
Next: Bakıda “XIX Əsr İrəvan Mətbəxi” Kitabının Təqdimatı Keçirildi

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.