13 oktyabr 2025-ci il tarixində məktəbimizdə ümumi təhsil müəssisələrində təhsilalanların nümunəvi intizam Qaydalarının tətbiqi ilə bağlı iclas keçirilmişdir. Görüşdə məktəb rəhbərliyi, müəllim heyəti və sinif rəhbərləri iştirak etmişdir.
İclasın əsas məqsədi təhsilalanların fiziki təhlükəsizliyinin və psixoloji rifahının qorunması, eləcə də məktəbdaxili nizam-intizamın daha da gücləndirilməsi olmuşdur. Eyni zamanda, verbal, sosial-psixoloji və kiberqısnama hallarının qarşısının alınmasında intizam qaydalarının əhəmiyyətinə diqqət yetirilmişdir.
Toplantı zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 iyun 2024-cü il tarixli, 300 nömrəli Qərarı əsas götürülərək, məktəblərdə daxili intizam qaydalarının hazırlanması və təsdiq olunmasının məktəb direktorunun səlahiyyətinə aid olduğu vurğulanmışdır. Qaydaların məktəbdə vahid və sistemli şəkildə tətbiq olunmasının vacibliyi müəllim heyətinə çatdırılmışdır.
İclasın yekununda sinif rəhbərlərinə tapşırıldı ki, valideyn iclasları təşkil etsinlər və bu iclaslarda şagird davranış qaydaları barədə məlumatları valideynlərə ətraflı şəkildə izah etsinlər. Bu addım, təhsil müəssisəsində sağlam mühitin formalaşmasına, müəllim–şagird–valideyn əməkdaşlığının daha da möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Qəbul olunan qərarlar gələcəkdə məktəbdə intizamın qorunması və təhsil prosesinin daha səmərəli təşkili üçün mühüm əsas olacaqdır.


Paraqraf.com
![]()
