Həkimlik sənəti daim inkişaf edir,qazanılmış təçrübə hesabına zənginləşərək irəliləyir.Heç bir peşədə Hippokrat andı içən hər bir həkim o anda sona kimi sadiq qalmalıdır.Bu anda sadiq qalan həkim Ağazadə Jalə Ağababa qızıdır. 27.03.1975-ci ildə Bakı şəhəri Xətai rayonunda ziyalı gözəl bir ailədə dünyaya göz açmışdır.1982-1992-ci illərdə Xətai rayonu 25 nömrəli tam orta məktəbdə təhsil almışdır.Birinci sinifə qədəm qoyduğu ilk gündən müəllimlərin sevimlisinə çevrilən bu balaca qızın arzuları daha böyük olmuşdur.Uşaqlıqdan həkim olmaq istəyi onun yolunu Tibb universitetindən salır.
1992-1998-ci illərdə Nəriman Nərimanov adına Tibb Universtetində təhsil alaraq bacarıqlı pediatr kimi işə başlayır.Jalə həkimin arzuları bitib tükənmir öz üzərində mükəmməl çalışan Jalə həkim peşəsini çox sevir.
Vətəninə,bayrağına,el- obasına bağlı biridir Jalə Ağazadə. 2000- ci ildə Suraxanı rayon Tibb Mərkəzində çalışir.Həm kollektivin,həmdə müalicə etdiyi xəstələrinin sevimlisidir Jalə həkim.
Vətən müharibəsi başlayan zaman şəxsi təşəbbüsü ilə ön cəbhədə döyüşən əsgərlərdən dəstəyini əsirgəməyib.
Vətənpərvərlik Jalə xanımın ürəyində,düşünən beynində,ağlında,zəkasında,damarlarında axan qanındadır.Onun şəxsi təşəbbüsü ilə Suraxanı rayon Tibb Mərkəzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhramanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərin xatirəsini əbədiləşdirmək üçün guşə yaradılmışdır.
Hal- hazırda Jalə həkim dörd qazi və iki şəhid ailəsini himayəyə götürüb.
Həkim- pediatr Jalə Ağazadə daima qürurla vətənpərvərlikdən danışır,həkim hər zaman öz həyatını,vaxtını,ailəsini,
istirahətini,digərlərinin həyatlarının daha sağlam olması uğrunda fəda edir.Bu çox təbiidir,çunki həkimin borcu xəstəyə şəfa tapmaqdır.
Xəstələri sirin sözlə dindirən,onların yaralı qəlblərinə məlhəm olan şəfalı əlləriniz var olsun əziz həkimlər……
Jalə xanım ailəlidir iki övladı var.
Gördüyü hər bir işdə Jalə. xanıma uğurlar diləyirik.
Sizinlə qürur duyuram..
Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü
![]()
