Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 15
  • “5-ci kolon”un müxalifət cinahı: “Boz kardinal”ın əli ora da uzanıb

“5-ci kolon”un müxalifət cinahı: “Boz kardinal”ın əli ora da uzanıb

admin 15 Oktyabr 2025 4 minutes read
1760525250207510024068ef7bc28b500
PAYLAŞIN:

Azərbaycan Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nin keçmiş prezidenti Ramiz Mehdiyevin həbsi onun şəxsiyyəti və fəaliyyəti ilə bağlı qaranlıq qalan bir sıra şübhəli məqamlara aydınlıq gətirmək imkanı yaradacaq. 

Uzun müddət Azərbaycanda adı “5-ci kolon”un lideri kimi çəkilən Ramiz Mehdiyevin bu yöndə törətdiyi əməllər istintaq prosesində üzə çıxa bilər. Müxtəlif ictimai-siyasi dairələrdə, mediada Rusiyanın Azərbaycanda yaratdığı “5-ci kolon”un siyasi təlimatları məhz Ramiz Mehdiyevdən aldığına dair kifayət qədər məlumatlar var.

Dövlət strukturlarında siyasi monopoliya yaratmağa çalışan Ramiz Mehdiyevə “boz kardinal” ləqəbi kimi tanınması da bununla bağlı olub. Dövlət içərisində öz hakimiyyətini qurmaq, səalhiyyətlərindən istifadə edərək klançılıq siyasəti yürütmək Ramiz Mehdiyevin rəhbərlik etdiyi “5-ci kolon”un əsas fəaliyyət prinsipi olub.

Ramiz Mehdiyevin həbsi Azərbaycan dövlətçiliyi üçün bu təhlükənin hələ qalmasından xəbər verir. Belə qüvvələr yenidən fəallaşmaq üçün siyasi şəraitin yetişməsini gözləyir. Administrasiyanın sabiq rəhbərinin əli yalnız dövlət strukturlarına deyil, müxalifətə də uzanıb.

Üzdə özünü hakimiyyətə sadiq göstərən Mehdiyev əslində radikal müxalifətə siyasi himayədarlıq edib. 2013-cü ildə müxalifət partiyalarının birləşdiyi Milli Şuranın Ramiz Mehdiyevin xeyir-duası ilə yaradıldığı yaxşı məlumdur.

Bunu isbatlayan faktlardan biri 2013-cü ildə keçirilmiş prezident seçkilərində Rusiya vətəndaşı olan Rüstəm İbrahimbəyovun Milli Şuranın vahid namizədi kimi irəli sürülməsi idi. “5-ci kolon”un müxalifət cinahı olan Milli Şuranın etiraz aksiyalarını Ramiz Mehdiyevin siyasi direktivləri ilə təşkil etdiyi danılmaz gerçəklikdir.

Sirr deyil ki, Milli Şura adlı bu qurum həmişə Əli Kərimlinin diqtəsi ilə hərəkət edib, bəyanatdan tutmuş icazəsiz aksiyaya qədər bütün qərarlar Əli Kərimlinin tələbi ilə verilib. 2019-cu il oktyabrın 19-da da AXCP sədri Əli Kərimlinin canfəşanlığı ilə Milli Şuranın Bakı şəhərin mərkəzində, Rəşid Behbudov prospektində kütləvi iğtişaş törədərək yürüş-mitinq keçirmək cəhdi çoxlarının xatirindədir. 

Hüquq-mühafizə orqanlarının ciddi müdaxiləsindən sonra icazəsiz aksiyanın qarşısı alınmışdı. Bu hadisədən 3 gün sonra-oktyabrın 22-də Ramiz Mehdiyevin Prezident Adminstrasiyasının rəhbəri vəzifəsindən xaric edilməsi qeyd edilən iğtişaşların arxasında Ramiz Mehdiyev amilinin dayandığını göstərir.

Ancaq o, bu prosesdə tək deyildi və məsələyə bütövlükdə “5-ci kolon”un siyasi sistemi zorakılıqla, xarici qüvvələrin maraqlarına uyğun dəyişmək niyyəti kimi baxmaq lazımdır.

Yəni “boz kardinal” həm vəzifə səlahiyyətlərindən, paralel olaraq müxalifətdə ona xidmət göstərən radikalların təxribatlarından istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışıb. Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar bunu bir daha təsdiq edir.

Müşfiq 

Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Tənqidlərə bu açıqlama ilə cavab verdi
Next: Xalq artisti Ramiz Quliyevin dəfn olunacağı yer məlum olub – YENİLƏNİB

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.