Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Xarici Dil Tədrisində Milli Kimlik və Suverenlik” mövzusunda Forum keçirildi
CƏMİYYƏT

“Xarici Dil Tədrisində Milli Kimlik və Suverenlik” mövzusunda Forum keçirildi

14 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbdə Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə “Xarici Dil Tədrisində Milli Kimlik və Suverenlik” mövzusunda forum baş tutmuşdur. Forum təhsil sistemimizin strateji prioritetlərindən olan milli kimliyin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi istiqamətində xarici dil tədrisinin rolu ilə bağlı mühüm məsələləri gündəmə gətirmişdir.

Tədbirdə iştirak edən nümayəndələr çıxışları zamanı xarici dil öyrənmənin yalnız dil bacarıqlarının inkişafı ilə məhdudlaşmadığını, eyni zamanda milli dəyərlərimizin və mədəni irsimizin beynəlxalq platformalarda təbliğinə xidmət etdiyini vurğulamışlar.

Forum çərçivəsində çıxış edən iştirakçılardan biri olaraq, mən də xarici dillərin tədrisinin milli şüurun formalaşmasında və ölkəmizin dünyada layiqincə təmsil olunmasında mühüm rol oynadığını qeyd etdim. Eyni zamanda vurğuladım ki, bu sahədə yetişən gənclər yalnız dil bilikləri ilə deyil, həm də milli kimlik və mədəni irs daşıyıcısı kimi beynəlxalq arenada ölkəmizi təmsil etməlidirlər.

Əminliklə söyləmək olar ki, bu kimi forumlar təhsil sistemimizin keyfiyyətinin artırılmasına, milli maraqlarımızın qorunmasına və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə töhfə verir.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc – 4 sutkalıq həbs olundu

Next

AzParking aktiv edilsə də vətəndaş niyə cərimələnir? — AYNA məsələni izah edir

Copyright 2026— Praqraf.com. All rights reserved