14 oktyabr 2025-ci il tarixində Vətən Müharibəsi şəhidləri Əsgərov Rüfət Mürvət oğlu və Rzayev Vüsal Tofiq oğlunun anım günü ilə əlaqədar olaraq onların məzarları ziyarət olunub, xatirələri ehtiramla yad edilib.
Anım mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər şəhidlərin göstərdiyi qəhrəmanlıqdan bəhs edərək onların torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etdiklərini vurğulayıblar. Bildirilib ki, Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Sonda şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları qarşısında dərin ehtiramla baş əyirik.
Paraqraf.com
![]()
