Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 14
  • Uğur təsadüf deyil: Uğurlu insanların gizli vərdişləri

Uğur təsadüf deyil: Uğurlu insanların gizli vərdişləri

admin 14 Oktyabr 2025 4 minutes read
IMG-20251014-WA0027
PAYLAŞIN:

Uğur… Bu söz həyatımızın demək olar ki, hər sahəsində qarşımıza çıxır. “Uğurlu ailə”, “uğurlu karyera”, “uğurlu insan”… Sanki hamımız bu məfhumu qovlayırıq. Amma gəlin razılaşaq: çox vaxt uğuru şansa bağlayırıq. “O, şanslı idi”, “ünsiyyətləri vardı”, “bəxti gətirdi”… Bəs əslində necədir?

Mən müşahidə etdikcə daha çox bir həqiqəti görürəm: uğur təsadüf deyil. Uğur vərdişdir.

Bəli, uğurlu insanların həyatına baxanda, onların yalnız bacarıqlı, zəngin ya da təsadüfən yüksəlmiş olmadığını görürük. Onların davranışlarında ortaq cizgilər var. Və ən maraqlısı: bu vərdişlərin çoxunu hər birimiz öyrənə bilərik.

Gəlin, bunlara bir-bir toxunaq.

Səhərin sehrini anlayırlar

Uğurlu insanlar günə erkən başlayırlar. Niyə? Çünki gün başlamadan özlərinə zaman ayırırlar. Sakitlikdə düşünür, plan qurur, özlərini toparlayırlar. Günün qaçaqaçından yayınmaq – lüks deyil, ağıllı yanaşmadır.

Öyrənməyi dayandırmırlar

Diplom uğurun sonu deyil, başlanğıcıdır. Onlar kitab oxuyur, araşdırır, soruşur, yeni bacarıqlar öyrənir. Çünki bilirlər: biliyin köhnəlmə müddəti var.

Məqsədləri var – həm də yazılı

“Görək nə olacaq” deyib taleyin axarına buraxmırlar. Nə istədiklərini bilirlər, onu kiçik hissələrə bölürlər və ardıcıllıqla irəliləyirlər. Bir növ, öz uğurlarını əvvəlcədən layihələndirirlər.

Vaxtlarına hörmət edirlər

“Vaxtım yoxdur” ifadəsini işlətmirlər. Çünki bilirlər: vaxt həmişə var, sadəcə prioritetlər fərqlidir. Boş işlərə yox deyir, vacib işləri təxirə salmırlar.

Pozitiv düşüncənin gücünə inanırlar

Bu insanlar çətinlik görəndə geri çəkilmirlər. Uğursuzluğu faciə yox, dərs kimi görürlər. Bəhanə yox, çıxış yolu axtarırlar. Pozitivlik onlar üçün süni optimizm deyil – zehni gücdür.

Motivasiya yox, intizam

Motivasiya əhvaldan asılıdır, intizam isə xarakterdən. Uğurlu insanlar “istəyirəm” deyə gözləmirlər, “etməliyəm” deyirlər. Hətta həvəs olmadıqda belə davam edirlər.

Sağlam bədən – sağlam nəticə

Bu, sadəcə idman etmək deyil. Onlar düzgün qidalanır, kifayət qədər yatır, enerjilərini qoruyurlar. Çünki beynin yaxşı işləməsi üçün bədən də yaxşı olmalıdır.

İnsanları dəyərli görürlər

Ən diqqətçəkən cəhətlərindən biri budur: tək ucalmırlar. Ətraflarında güvən qururlar, dinləyirlər, əməkdaşlıq edirlər. Çünki bilirlər: uğur bir komanda oyunudur.

Məsuliyyətdən qaçmırlar

Səhv edəndə “O dedi”, “bu elədi” demirlər. Məsuliyyəti öz üzərinə götürürlər. Bu, onlara həm hörmət qazandırır, həm də inkişafı sürətləndirir.

Yeganə rəqibləri – özləri

Başkası ilə müqayisə etmir, dünənki özlərini keçməyə çalışırlar. Bu, həm sakitlik gətirir, həm də həqiqi inkişaf.

Və nəticədə…

Uğur möcüzə deyil. Uğur – hər gün təkrarlanan kiçik, amma şüurlu addımların cəmidir.

Düşünün: əgər hər gün cəmi 1% inkişaf etsək, bir il sonra tam fərqli insan olarıq. Uğurlu insanlar bunu anlayır… və sadəcə başlayırlar.

Bəlkə biz də elə indi başlayaq?

M. Mehdiyeva
Paraqraf.com

Loading

Visited 18 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Empatiya nədir və niyə vacibdir?
Next: RAMİZ MEHDİYEVLƏ BAĞLI ŞOK QƏRAR VERİLDİ – PA-nn sabiq rəhbəri ev dustağı oldu

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.