11 oktyabr 2025-ci il tarixində “OurGroup” və “Youth Support Academy” MMC-nin birgə əməkdaşlığı ilə TZF 2025 — “Təhsildə Zirvə Forumu: Müəllimlərin birgə səsi” adlı möhtəşəm görüş baş tutdu.
Bu tədbir, uzun müddətdir arxa planda görülən işlərin, səylə çəkilən zəhmətin, səmimi əməklərin bəhrəsi idi. Bu mərhələ bizim üçün sadəcə bir tədbir deyil, yeni bir səhifənin, yeni bir inkişaf dövrünün başlanğıcı oldu.
Bu uğurun təməli 20 fevral 2023-cü ildə “OurGroup” platformasının, 28 sentyabr 2023-cü ildə isə “Youth Support Academy” MMC-nin yaradılması ilə qoyulmuşdur. Hər iki təşkilat bu müddət ərzində çoxsaylı təlimlər, görüşlər və kurslarla gənclərin və müəllimlərin inkişafına töhfə vermişdir. Sosial şəbəkələrdəki aktiv fəaliyyət və uğurlar bu dəfə daha geniş miqyaslı, əyani forumun keçirilməsinə zəmin yaratdı.
Forumda təhsil sahəsində nüfuzlu şəxslər – Milli Məclisin deputatı Ceyhun Məmmədov, Təhsil İşçilərinin Həmrəylik Alyansının sədri Əmrah Həsənli, Azərbaycan Müəllim-Valideyn Assosiasiyası İctimai Birliyinin sədri Şahin Rəcəbov, Landau nəşriyyat evinin rəhbəri Orxan Bəyov, BDU-nun pedaqogika kafedrasının dosenti İlahə Şıxəliyeva, təhsil mütəxəssisi Aytən Kərimova və təhsil eksperti Rizvan Fikrətoğlu kimi dəyərli adların iştirakı ilə tədbir yüksək səviyyədə keçmişdir. Bu görüş, təhsil ictimaiyyətində yeni bir estafetin başlanğıcı kimi dəyərləndirilir.
Təşkilati işlərin uğurla həyata keçirilməsində xüsusi rolu olan jurnalist və Paraqraf.com xəbər portalının baş redaktoru Həsən Məmmədov tədbirin uğurlu təşkilinə mühüm töhfə vermişdir.
Bu formun təşkili üçün mənə motivasiya verən, bütün qəlbi ilə dəstək olan və Həsən bəylə tanış edən Dərya Group-un rəhbəri əzizim Aytac xanım Məhərrəmovaya təşəkkür edirəm.
YSA MMC-nin təsisçisi Bəybaba Nəsurullayev və ARB TV-nin aparıcısı İlkin Həsənli tədbirdə aparıcılığı ilə peşəkar səviyyədə təşkilinə əhəmiyyətli töhfə vermişdilər.
Təlimçi qismində çıxış edən Elnarə Musavi, Nərmin Rüstəmova, Fazilə Camalova və Rəvanə Hüseynova maarifləndirici mövzularla müəllimlərin inkişafına yönəlmiş dəyərli fikirlər səsləndirmişlər.
Forumun uğurla baş tutmasında səssiz, amma əvəzolunmaz rola sahib olan könüllülərimiz — Fatimə Əliyeva, Vilayət Sarıyev, Aygün Rəhimova, Hidayət Hüseynov, Tutuxanım Rəhmanova, Elşən Əlifov və digər üzvlərimizin əməyi xüsusilə qeyd olunmalıdır.
OurGroup rəhbəri olaraq mən — İlhamə Bayramova, xalqımı təhsildə inkişafa səsləyən bir müəllim və rəhbər kimi bu yolda məsuliyyət, vicdan və şəffaflıqla xidmət etməyi özümə məqsəd qoymuşam.
Bu yola başlamaq böyük bir öhdəlik idisə, onu davam etdirmək və hər gün bir pillə yüksəlməyə çalışmaq daha da böyük məsuliyyətdir.
Bu zirvəyə doğru yolumuzda yanımızda olan, dəstəyini əsirgəməyən hər kəsə dərin təşəkkürümü bildirirəm.
Birlikdə biz təhsilin sabahına yön veririk.
İlhamə Bayramova







![]()
