“SpaceX” şirkəti “Starship” gəmisinin prototipini 11-ci sınaq uçuşuna göndərib.
Paraqraf.com xəbər verir ki, gəmi Bakı vaxtı ilə saat 3:24-də Texasdakı “Starbase” kosmodromundan buraxılıb.
Aparatın uçuşu təxminən bir saat çəkib və Hind okeanına eniş edib.
Əsas məqsəd “Starlink”in səkkiz peyk simulyatorunun buraxılması və gələcəkdə prototipin start meydanına dönməsini təmin edəcək yeni sistemləri sınaqdan keçirməkdir.
Bundan əlavə, şirkətin banisi İlon Mask “Starship”i orbitə uçuşlar, peyklərin buraxılması, habelə Aya və Marsa missiyaların göndərilməsi üçün universal sistemə çevirməyi planlaşdırır.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
