Səudiyyə Ərəbistanının “Adahi” proqramı çərçivəsində Azərbaycanda ehtiyac sahiblərinə qurban payları paylanıb
Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyi tərəfindən “Adahi” proqramı çərçivəsində Azərbaycana göndərilən qurban ətlərinin paylanması həyata keçirilib.
Paylanma mərasimi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Krallıqdan gələn digər nümayəndələr və Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə baş tutub.
Qurban ətləri əsasən Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində yaşayan şəhid ailələrinə, müharibə əlillərinə, həmçinin sosial baxımdan həssas qruplardan olan ailələrə təqdim olunub.
Bu humanitar təşəbbüs ümumilikdə 9 minə yaxın vətəndaşı əhatə edib.
Səudiyyə Ərəbistanı Krallığının bu nəcib addımı Azərbaycan ilə dostluq və qardaşlıq münasibətlərinin bir nümunəsi kimi yüksək qiymətləndirilib.
Paraqraf.com
![]()
