Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Ombudsmanın nümayəndələri Ağdərədə aşkarlanan kütləvi məzarlıqda olublar
CƏMİYYƏT

Ombudsmanın nümayəndələri Ağdərədə aşkarlanan kütləvi məzarlıqda olublar

14 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Ombudsmanın nümayəndələri faktaraşdırıcı missiya çərçivəsində Ağdərədə aşkarlanmış kütləvi məzarlığı yerində araşdırıblar.

Paraqraf.com xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan qazıntılar zamanı aşkar edilən kütləvi məzarlıqlar Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərini bir daha sübut etməkdədir.

Bu istiqamətdə həyata keçirilən tədbirlər və aparılan axtarışlar nəticəsində son günlərdə bir sıra mühüm faktlar üzə çıxıb. Belə ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının topladığı məlumatlar və şahid ifadələri əsasında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində, döyüş mövqeyi olmuş yüksəklikdə aparılan axtarışlar nəticəsində Azərbaycan hərbi qulluqçularına aid olduğu ehtimal edilən 10-dan çox insan qalığı aşkar olunub.

Beynəlxalq humanitar hüquqa əsasən, itkin düşmüş şəxslərin taleyi barədə məlumatların toplanması və onların yaxınlarının həqiqəti bilmək, məlumat almaq hüquqları təmin edilməlidir. Azərbaycan Ombudsmanı itkin düşmüş soydaşlarımızın taleyi haqqında məlumatların əldə edilməsi, o cümlədən Ermənistanın törətmiş olduğu müharibə cinayətləri nəticəsində pozulmuş insan hüquq və azadlıqlarının bərpası istiqamətində müvafiq tədbirlər, faktaraşdırıcı missiyalar həyata keçirməkdədir. Ombudsmanın həyata keçirmiş olduğu növbəti faktaraşdırıcı missiyası çərçivəsində Aparatın əməkdaşları Müqalib Mahmudov və Sevinc Şener tərəfindən Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində müvafiq araşdırma aparılıb və faktoloji materiallar toplanılıb.

Kütləvi məzarlıqlardan toplanmış materiallar əsasında monitorinqin nəticələrinə dair Ombudsman tərəfindən müvafiq hesabat hazırlanaraq ictimaiyyətə və beynəlxalq təşkilatlara təqdim ediləcək.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qarabağ”ın məşqçisi: “Məşq prosesi baxımından “Qalatasaray”la ciddi fərqimiz yoxdur”

Next

Qaxın sabiq icra başçısının barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb

Copyright 2026— Praqraf.com. All rights reserved