Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Nazir müavini: “Dövlətimiz hər il təhsilə, təxminən, 5 milyard manat vəsait ayırır”
ELM VƏ TƏHSİL

Nazir müavini: “Dövlətimiz hər il təhsilə, təxminən, 5 milyard manat vəsait ayırır”

14 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:
“Dövlətimiz hər il təhsilə, təxminən, 5 milyard manat vəsait ayırır”.

Bu sözləri “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikası elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O qeyd edib ki, digər ölkələrdə, orta hesabla, 85 faiz investisiya dövlət üzərindədir: “Azərbaycanda bu göstərici 95 faiz və daha yüksəkdir. Ölkəmizdə təhsilə yatırım sürətlə artır. Təhsilə bundan sonra da diqqət artırılacaq. Bu bizə imkan verəcək ki, təhsilin daha keyfiyyətli formada təminatını həyata keçirək”.

O bildirib ki, təhsil eyni zamanda ölkənin iqtisadi inkişafına və yoxsulluğun azaldılmasına şərait yaradır: “Təhsil həqiqətən də böyük bir missiyaya malikdir. BMT-nin qəbul etdiyi və Azərbaycanın da qoşulduğu proqram hər kəs üçün təhsil imkanlarını genişləndirir. Təhsilə göstərilən diqqət və qayğı bu istiqamətdə açıq şəkildə hiss olunur. Statistikaya diqqət yetirsək görərik ki, təhsilə daha çox vəsait ayıran ölkələrdə inkişaf səviyyəsi də daha yüksəkdir”.

Nazir müavini vurğulayıb ki, təhsilalanların 1.6 milyonu ümumtəhsil sektorundadır: “25 minə yaxın şəxs özəl təhsil müəssisələrində təhsil alır. Həmçinin investiyalarımızın 15-16 faizi ali təhsil sisteminə yönəldilir. Bütün xərclərin təxminən 10 faizi isə məktəbəqədər təhsil müəssisələrinə yönəldilir. Həmçinin inklüziv təhsilin də əhatəsi genişləndirilir”.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov isə çıxışında qeyd edib ki, 2025-ci ildə təhsilə yönəldilən büdcə ayırmaları 4,84 milyard manat təşkil edib: 2024-cü illə müqayisədə bu, 288.2 milyon manat daha çox olması gözlənilir. 2022-ci illə müqayisədə isə 0.76 milyard manat daha çoxdur. İllik artımlara baxmayaraq, bu ayırmalanın ümumi büdcə xərclərində və ya ÜDM-dəki payı əhəmiyyətli dərəcədə artmayıb”.//Apa.az

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Səudiyyə Ərəbistanından 9 Minə Yaxın Azərbaycan Vətəndaşına Qurban Əti Yardımı

Next

Pul haqqında düşüncələr insan həyatına necə təsir edir?

Copyright 2026— Praqraf.com. All rights reserved