Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/İrəvan yenə sözündən qaçdı
SİYASƏT

İrəvan yenə sözündən qaçdı

14 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Biz inanırıq və ermənilərin Ermənistana tam inteqrasiyasını, həyatlarını davam etdirmələrini təmin etmək üçün ciddi səylər göstəririk”. 

Paraqraf.com xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında deyib.

Bakının sülh sazişinin imzalanması ilə bağlı şərtləri ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, bunlar  ATƏT-in Minsk Qrupunun buraxılması və Konstitusiyaya dəyişiklik edilməsidir.

“Minsk Qrupu məsələsi mahiyyətcə həll olunub; siyasi həll var və texniki məsələlər dekabra kimi həll olunacaq. Konstitusiyaya gəlincə, qeyd etməyi zəruri hesab edirəm ki, əvvəlki kimi, belə bir məsələ gündəmdə deyil”, – Mirzoyan bildirib.

Nazir vurğulayıb ki, Konstitusiyaya dəyişiklik edilməsi və ya yenisinin qəbulu sırf daxili siyasi məsələdir və buna Ermənistan xalqı qərar verir.

“Mən təəccüblənirəm ki, bu qədər təminatdan sonra bu sual hələ də qaldırılır. Ermənistan Respublikası heç vaxt belə öhdəliklər götürməyib. Bu, daxili məsələdir. Bəli, Azərbaycan bunu davam etdirir və şərt kimi göstərir. Biz bu əlaqəni qəbul etmirik”, – nazir bildirib.

 

paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

AzParking aktiv edilsə də vətəndaş niyə cərimələnir? — AYNA məsələni izah edir

Next

“Tramp yolu” üçün ortaq şirkət yaradılır

Copyright 2026— Praqraf.com. All rights reserved