Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 14
  • “Eyni deyilik, amma bərabərik”

“Eyni deyilik, amma bərabərik”

admin 14 Oktyabr 2025 4 minutes read
Изображение WhatsApp 2025-10-13 в 22.27.05_2276e903
PAYLAŞIN:

Cəmiyyətin sağlam və davamlı olması üçün ailə ən mühüm təməl daşlarından biridir. Ailənin gücü isə qadın və kişinin üzərinə düşən məsuliyyətlərin düzgün bölüşdürülməsi, qarşılıqlı hörmət və sevgi ilə davranmaları ilə formalaşır. Qadın və kişi bərabərliyi haqqında düşünərkən mən bu bərabərliyi hər sahədə eyni olmaq kimi deyil, hər kəsin öz təbii rolunda dəyərli və əvəzsiz olmasını ifadə edən bir anlayış kimi qəbul edirəm.

Kişi ailənin qoruyucusu, dayağıdır. Onun borcu ailəsini müdafiə etmək, halal zəhməti ilə evinə ruzi gətirməkdir. Hər bir kişi ailəsinin möhkəm sütunu, etibarlı dayağı olmalıdır. Mən uşaqlıq illərimdə atamın əziyyətini, zəhmətini öz gözlərimlə görmüşəm. Soyuqda, istidə çalışar, palçığa batmış çəkmələri və qabar bağlamış əlləri ilə evə qayıdardı. Amma onun üzündə həmişə bir təbəssüm, gözlərində isə ailəsinə olan sonsuz sevgi parıldayardı. Mən onun bu əzmini gördükcə, özümə söz vermişdim – bir gün onun kimi olmaq istəyirəm. Başqasına deyil, öz zəhmətinə arxalanan, alnının tərilə yaşayan bir insan kimi.

Qadın isə ailənin dirəyi, ruhudur. Əgər kişi çöl işlərini görürsə, qadın evin istiliyini, birliyini qoruyur. Ana övladına sevgi və tərbiyə verir, həyat yoldaşına dəstək olur, ailədə sülh və harmoniya yaradır. Mənim anam da hər zaman atama dayaq olub. Atam işdən yorğun qayıdanda, anam onu qarşılayar, yeməyini hazırlayar, evdə sevgi dolu, sakit bir mühit yaradardı. Biz süfrə arxasında oturanda bütün yorğunluq unudulardı. Valideynlərimin fədakarlığı mənə ailə həyatının əsl mənasını – sevgi, anlayış və qarşılıqlı hörməti öyrədib.

Məncə, qadın və kişi arasında bərabərlik yalnız o zaman mümkündür ki, hər iki tərəf bir-birinin dəyərini və əhəmiyyətini dərk edə bilsin. Həyatlarını birləşdirən qadın və kişi yalnız bir məsuliyyəti deyil, ikiqat məsuliyyəti bölüşürlər. Onlar artıq “mən” yox, “biz” olurlar. Hər addımda bir-birini düşünməli, qarşılıqlı hörmət və anlayışla yanaşmalıdırlar.

Unutmamalıyıq ki, ailə yalnız iki fərdin birliyi deyil, iki ürəyin birləşdiyi yerdir. Ailədə sevgi və etibar varsa, orada həm bərabərlik, həm də xoşbəxtlik olacaq. Hər bir insan ailəsini sevməli, onu qorumağı bacarmalı, çətin anlarda bir-birinə dayaq olmalıdır. Həyat yoldaşı təkcə sevgi deyil, həm də səbir, anlayış və dəstək deməkdir.

Əgər kişi gücü və zəhməti ilə ailənin dayağıdırsa, qadın sevgisi və mərhəməti ilə o ailənin canıdır. Onlar birlikdə olduqda o ev sadəcə bir yaşayış məkanı deyil, bir yuva, bir vətənə çevrilir. Əsl xoşbəxtlik də elə bu birlikdə – qarşılıqlı hörmət və sevgidə gizlidir.

Elçin Ağasiyev

Paraqraf.com

Loading

Visited 384 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: “O, çox güclü bir liderdir” –Tramp Sülh Sammitində İlham Əliyevdən danışdı
Next: Azərbaycanın Qoşulmama Hərəkatındakı Liderliyi: Beynəlxalq Etimadın Nümunəsi

OXŞAR MÖVZULAR

q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026
645168162_1254756293533355_1263298177874968740_n

Göyçə mahalının tarixini yaşadan yeni nəşr: Pəmbək kəndinə həsr olunmuş kitabın təqdimatı keçirildi

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.