Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 14
  • Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünə dair kommünikenin detalları məlum olub

Azərbaycan-İran-Rusiya üçtərəfli görüşünə dair kommünikenin detalları məlum olub

admin 14 Oktyabr 2025 4 minutes read
Изображение WhatsApp 2025-10-14 в 14.52.13_d53b817e
PAYLAŞIN:

Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, Rusiya hökuməti sədrinin müavini Aleksey Overçuk və İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq arasında üçtərəfli görüş keçirilib.

Paraqraf.com xəbər verir ki, görüş zamanı Azərbaycan, İran və Rusiya arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub.

Üçtərəfli əməkdaşlıqdan məmnunluq ifadə olunaraq, Azərbaycan, İran və Rusiya arasında qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın təşviqi, regionun iqtisadi artımı üçün təhlükəsiz və etibarlı regional və beynəlxalq nəqliyyat dəhlizlərinin və energetika sahəsində layihələrin inkişaf etdirilməsi baxımından Azərbaycan, İran və Rusiya prezidentlərinin 8 avqust 2016-cı il tarixli Bəyannaməsinin və 1 noyabr 2017-ci tarixli Birgə Bəyanatının rəhbər rolu vurğulanıb.

Görüşdə regionun tranzit potensialının inkişafı ilə bağlı səylərin davam etdirilməsinin vacibliyi vurğulanaraq, nəqliyyat kommunikasiyalarının inkişafına və şaxələndirilməsinə yönəlmiş layihələrin sürətləndirilməsi, bu xüsusda ölkələrin müvafiq ərazilərində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi boyunca infrastrukturun genişləndirilməsi işlərinin sinxron şəkildə həyata keçirilməsinin əhəmiyyəti qeyd edilib.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə daşımaların həcminin 15 milyon tona çatdırılması üçün tədbirlərin görülməsi və yük axınlarının davamlı artımının təmin edilməsinin vacibliyi vurğulanıb.

Planlaşdırılan tədbirlər üzrə Fəaliyyət Planının 3 ay müddətində hazırlanması üçün işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Eyni zamanda görüş zamanı 3 ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

Azərbaycan, İran və Rusiya arasında tranzit daşımalarının təşviq edilməsi məqsədilə gömrük orqanlarının qarşılıqlı fəaliyyəti üzrə üçtərəfli işçi qrupunun əsasnaməsinin imzalanması məmnunluqla qeyd olunub.

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin potensialından tam şəkildə istifadə edilməsi üçün “Rəşt-Astara” dəmir yolu xəttinin inşasının, eləcə də dəhlizin komponentlərindən olan müvafiq dəmiryolu terminalı tikintisinin tamamlanmasının əhəmiyyəti qeyd olunub.

Görüş əsnasında Araz çayı üzərində “Ağbənd-Kəlalə” avtomobil yolu körpüsünün tikintisi, o cümlədən sərhəd-buraxılış məntəqələrinin inşası üzrə işlərin yekunlaşdırılmasının üçtərəfli əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyi qeyd edilib.

Dəhliz boyunca sərhəd-keçid prosedurlarının sadələşdirilməsinin, nəqliyyat, sərhəd və gömrük əməliyyatlarının rəqəmsallaşdırılmasının zəruriliyi vurğulanıb.

Görüş zamanı Azərbaycan, İran və Rusiya arasında elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki səviyyədə müzakirələrin davam etdirilməsi məqsədəuyğun sayılıb.

Müzakirələr zamanı oktyabrın 14-də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm infrastruktur layihələrinə yerində birgə baxış keçirilməsi barədə razılıq əldə edilib.

Yekunda nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

Bu kommünike Bakı şəhərində ingilis dilində qəbul olunub.

Paraqraf.com

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan, İran və Rusiya nümayəndə heyətləri Astaraçay körpüsünə birgə baxış keçiriblər
Next: ÜST həyəcan təbili çalır: Avropa tədricən təhlükəli xəstəliyin qurbanı olur

OXŞAR MÖVZULAR

dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026
HD6YDHxR2l5XNn8RxObPeiIuWQcMReR0Gi6084lZ_1200

İran Prezidenti qonşu ölkələrdən hücumlara görə üzr istəyib

admin 07 Mart 2026
Ilham_Aliyev_in_2023

Azərbaycan Prezidenti Tokayevə İranın Naxçıvana hücumlarını qınamasına görə təşəkkür edib

admin 07 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.