Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Azərbaycanın Qoşulmama Hərəkatındakı Liderliyi: Beynəlxalq Etimadın Nümunəsi
ÖZƏLSİYASƏT

Azərbaycanın Qoşulmama Hərəkatındakı Liderliyi: Beynəlxalq Etimadın Nümunəsi

14 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Azərbaycan Respublikasının beynəlxalq aləmdə artan nüfuzu və etibarı onun həyata keçirdiyi fəal, balanslı və prinsipial xarici siyasət kursunun nəticəsidir. Bu siyasətin əsas istiqamətlərindən biri də Azərbaycanın Qoşulmama Hərəkatındakı (QH) fəaliyyəti və bu platforma çərçivəsində həyata keçirdiyi diplomatik təşəbbüslərlə bağlıdır.

Qoşulmama Hərəkatı — soyuq müharibə dövründə, 1961-ci ildə rəsmi olaraq yaradılmış, beynəlxalq münasibətlərdə ədalət, suverenlik, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan, 120-dən artıq dövləti birləşdirən ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2011-ci ildə bu təşkilata üzv qəbul olunduqdan sonra qısa müddət ərzində Hərəkatın fəal və etibarlı üzvlərindən birinə çevrilmişdir.

2019–2023-cü illərdə Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu müddət ərzində Azərbaycan Hərəkatın birliyinin qorunmasına, üzv dövlətlər arasında həmrəyliyin möhkəmləndirilməsinə və beynəlxalq münasibətlərdə ədalətin təmin olunmasına mühüm töhfələr verdi. Xüsusilə COVID-19 pandemiyası dövründə Azərbaycanın təşəbbüsü ilə QH-nin fövqəladə Zirvə toplantısının keçirilməsi beynəlxalq həmrəyliyin və təşəbbüskarlığın nümunəsi kimi yadda qaldı.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bir daha göstərdi ki, ölkəmiz ərazi və əhali baxımından böyük olmasa da, güclü siyasi iradə və liderlik sayəsində qlobal miqyasda önəmli nailiyyətlərə imza ata bilər. Bu reallıq, eyni zamanda, Azərbaycanın 2012-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində də özünü göstərdi. Bu prosesdə QH üzvü olan dövlətlərin dəstəyi xüsusi rol oynadı.

Azərbaycanın haqq səsinin beynəlxalq müstəvidə eşidilməsi xüsusilə 2020-ci il Vətən müharibəsi dövründə öz təsdiqini tapdı. Həmin dövrdə Azərbaycanın əleyhinə BMT Təhlükəsizlik Şurasında irəli sürülmüş bəyanatın qarşısı Qoşulmama Hərəkatına üzv olan 7 ölkənin qətiyyətli mövqeyi sayəsində alındı. 2022-ci ildə də oxşar vəziyyət yaşandı və QH ölkələrinin həmrəyliyi Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi.

QH üzvlərinin Azərbaycana verdiyi dəstək təkcə beynəlxalq hüquq prinsiplərinə söykənmir, bu həm də ölkəmizin etibarlı tərəfdaş, məsuliyyətli və aktiv beynəlxalq aktor kimi qəbul edilməsinin bariz göstəricisidir.

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə qarşıya çıxan çağırışlar — dağıntılar, mina təhlükəsi, infrastrukturun bərpası və itkin düşmüş şəxslər məsələsi — dövlətimizin başçısı tərəfindən QH üzvlərinin diqqətinə çatdırıldı. Prezident İlham Əliyev bu problemlərin qlobal xarakter daşıdığını nəzərə alaraq, “Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupu”nun yaradılmasını təklif etdi. Bu təşəbbüs də Azərbaycanın beynəlxalq təhlükəsizlik və humanitar sahələrdə aktiv liderlik rolu oynadığını bir daha göstərdi.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi, bu çərçivədə keçirilən mötəbər tədbirlərə ev sahibliyi etməsi, həm multilateralizmə (çoxtərəfli əməkdaşlığa), həm də qlobal həmrəyliyə verdiyi önəmin aydın ifadəsidir. Bütün bunlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal, konstruktiv və məsuliyyətli iştirakının bariz nümunəsidir.

Samirə Adəmqızı

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Eyni deyilik, amma bərabərik”

Next

TZF 2025 – Müəllimlərin birgə səsi: Təhsildə Zirvəyə doğru addım

Copyright 2026— Praqraf.com. All rights reserved