Hüseyn Nəcəfzadə 11 oktyabr 1997-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində Abbasqulu Nəcəfovun və Könül Nəcəfovanın ailəsində anadan olmuşdur. 2015-ci ildə orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmuşdur. 2019-ci ildə ali hərbi təhsilini başa vurmuşdur.
Azərbaycan Ordusunun baş leytenantı olan Hüseyn Nəcəfzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Nəcəfzadə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
11 oktaybr Şəhid Nəcəfzadə Hüseynin mövludu ilə bağlı ilk növbədə Şəhidlər Xiyabanı ziyarət olunub. Daha sonra ehsan süfrəsi verilib. Şəhid Nəcəfzadə Hüseynin ev muzeynin qarşısında l Qarabağ Müharibəsinin veteranı Simarə Süleymanova tərəfindən qoyulan baralyefin açılışı olub və baralyefin qarşısına əkil qoyulub.
Türkanə Səfərova
Paraqraf.com
![]()
