Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Prokrastinasiyadan (təxirə salmaqdan) qurtulmağın 5 effektiv yolu
CƏMİYYƏT

Prokrastinasiyadan (təxirə salmaqdan) qurtulmağın 5 effektiv yolu

13 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

“Bu gün gecdir, sabahdan başlayaram”, “ Yorğunam, sabah tezdən oyanıb başlayacam” bu cümlələr yəqin ki, hər birimizə tanışdır. Sabah yetişir amma yeni bir bəhanə və işimiz növbəti sabaha qalır. Bu hal — prokrastinasiya, yəni vacib olan işi davamlı təxirə salmaq vərdişidir. Sadəcə tənbəllik deyil, çox vaxt qorxu, mükəmməllik istəyi və daxili narahatlığın nəticəsidir.

Ancaq xoş xəbər budur ki, bu hal dəyişdirilə bilər. Yetər ki, insan istəsin və kiçik addımlarla başlasın. Gəlin, təxirə salma vərdişindən qurtulmağın 5 effektiv yoluna baxaq

1. Başlanğıcı asanlaşdır

İşimizi kçik hissələrə bölməklə hər bitirdiyimiz hissəyə görə beynimiz özünü “yetərliyəm” duyğusuna qapdıracaq. Bu yol növbəti sabah başlamaq üçün stimul olacaq.

2.Davamlılıq vacibdir

Prokrastinasiyanın arxasında çox vaxt “mükəmməl olmalıyam” düşüncəsi dayanır. Halbuki, mükəmməllik axtarışı işi öldürür. Əsl uğur ardıcıllıqda gizlidir. Hər gün bir az — bu, mükəmməldən daha real və səmərəlidir.

 

3. Vaxtını yox, enerjini idarə et

Bəzən işə vaxt tapırıq, amma enerjimiz yoxdur. Çünki beynimiz yorulub. Ona görə də öz “enerji piklərini” müşahidə et — kimisi səhər, kimisi axşam daha məhsuldar olur. Ən vacib işləri enerjinin yüksək olduğu saatlara planlaşdır. Bu, gününü idarə etməyin ən ağıllı yoludur.

4. Özünə məsuliyyətli tərəfdaş tap

Tək qalanda bəhanələr çox olur. Amma kiməsə “bu işi sabah göndərəcəyəm” dedinsə, artıq məsuliyyət hissi yaranır. Bu, dost, ailə üzvü və ya hətta onlayn “hesabat partnyoru” ola bilər. İnsan bəzən başqası üçün daha çox çalışır — bu da motivasiyanın güclü formasıdır.

5. Özünü mükafatlandır – beyni təşviq et

Beyin motivasiya ilə işləyir. Hər kiçik işi bitirdikdən sonra özünü sevindir: sevdiyin mahnını dinlə, bir fincan qəhvə iç, gəzintiyə çıx. Bu, beynə “müxtəlif zövqlər mükafatdır” siqnalı verir və növbəti dəfə işi daha asan qəbul edir.

Prokrastinasiya bir gündə yaranmadığı kimi, bir gündə də yox olmur. Amma kiçik, davamlı dəyişikliklər zamanla böyük dönüş yaradır. Ən əsası isə, özünə sərt davranmadan, mərhəmətlə yanaşmaqdır.

Unutma: “İdeal an” yoxdur, dəyişiklik üçün ən doğru an — indidir.

M.Mehdiyeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xocavənddə silah satmaq istəyən şəxs tutuldu – Foto

Next

Rusiya hərbçiləri Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdü

Copyright 2026— Praqraf.com. All rights reserved