İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta növbəti açıqlaması ilə gündəmə gəlib. Belə ki, o, Tanrının “Barselona” azarkeşi olduğunu bildirib.
Paraqraf.com xəbər verir ki, bu barədə 3CAT məlumat yayıb.
“Mən Tanrıya inanıram. O mənə inanmağa kömək edir – baxmayaraq ki, mən dinə çox bağlı olan katolik deyiləm…
Mənim üçün cənnət elə bir yerdir ki, orada hər beş dəqiqədən bir “Barselona” “Real Madrid” klubuna qol vurur. Əgər Tanrı varsa, deməli, o da “Barselona” azarkeşidir”, – deyə Laporta vurğulayıb.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
