Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Gürcüstanda aksiyalarda zorakılıqlara görə cəzalar sərtləşdirilir
DÜNYA

Gürcüstanda aksiyalarda zorakılıqlara görə cəzalar sərtləşdirilir

13 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Gürcüstanda aksiyalar zamanı qanun pozuntularına yol verənlərə qarşı tətbiq olunan cəzalar sərtləşdiriləcək.

Paraqraf.com-nın yerli bürosu xəbər verir ki, bu barədə ölkənin hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib.

Onun sözlərinə görə, İnzibati xətalar və Cinayət məcəllələrinə ediləcək düzəlişlərlə aksiya və yaxud nümayişin iştirakçısı üzünü maska ilə örtərsə, əlində gözyaşardıcı qaz və ya zəhərləyici maddə olarsa, yolu bağlayıb və yaxud müvəqqəti konstruksiya qurarsa, həmin şəxsi 15 sutkalıq, təşkilatçını isə 20 sutkaya qədər inzibati həbs gözləyəcək.

“Gürcüstanın Daxili İşlər Nazirliyinin tələbi ilə dayandırılmalı olan aksiya və yaxud nümayişdə iştiraka görə 60 sutkaya qədər inzibati həbs nəzərdə tutulacaq. Aksiya zamanı digər şəxslərin həyat və sağlamlığına zərər vurmaq məqsədilə silah, pirotexniki vasitə və yaxud əşyadan istifadə edənlərə qarşı 60 sutkalıq inzibati həbs cəzası tətbiq olunacaq. Bu cür əməli təkrar törədənlər bir il müddətinə həbs ediləcəklər, üçüncü və sonrakı hər bir oxşar qanunsuz əməl isə iki ilədək müddətə həbslə nəticələnəcək”, – Kirtsxaliya deyib.

O qeyd edib ki, Cinayət Məcəlləsinə əlavə ediləcək yeni maddə ilə hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və yaxud onun qanuni tələbinə əməl etməyən şəxslər cinayət məsuliyyətinə cəlb olunacaqlar:

“Həmin şəxslər bir ilədək müddətə azadlıqdan məhrum ediləcəklər, eyni halın təkrarlanacağı halda isə həbs müddəti iki ilədək artırılacaq”.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Tramp: Ərdoğan güclü orduya sahib ölkənin lideridir

Next

Prezident Misirdə Paşinyanla söhbətləşdi – FOTO

Copyright 2026— Praqraf.com. All rights reserved