Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 13
  • Bazarlarda “çəki oyunu”: satıcılar müştəriləri necə aldadır?

Bazarlarda “çəki oyunu”: satıcılar müştəriləri necə aldadır?

admin 13 Oktyabr 2025 2 minutes read
IMG-20251013-WA0080
PAYLAŞIN:

Bazarlarda bəzi satıcılar tərəzidə çəkini bilərəkdən az göstərir. Qeyri-qida məhsullarında isə qiymət eyni qalır, lakin məhsulun çəkisi azaldılır. Beləcə, alıcıların xəbəri olmadan “çəki oyunu” oynanılır.

Satıcıların bir çoxunun vergi ödəyicisi (VÖEN) yoxdur. Onlar sadəcə bazarda gündəlik icarə ilə rəf götürərək fəaliyyət göstərir, nəticədə nəzarətsiz mühitdə alıcıları aldatmaq daha asan olur. Bəzi hallarda isə keyfiyyətsiz mallar satılaraq istehlakçı hüquqları kobud şəkildə pozulur.

Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Paraqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) bazarlara nəzarəti çox zəifdir:

“Bazarlarda kisələrdə satılan müxtəlif çərəzlərin üzərində istehsal tarixi göstərilmir. Tərəzilərin yoxlanması isə, təəssüf ki, könüllü xarakter daşıyır. Halbuki bu cihazlar hər il standart qaydada yoxlanılmalı, möhür vurulmalıdır. Amma bu, yalnız bazar rəhbərliyinin təşəbbüsü ilə baş verir”.

Eyyub Hüseynov əlavə edib ki, Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən bazarlarda mütləq nəzarət tərəziləri quraşdırılmalıdır:

“İstehlakçılar aldıqları məhsulu həmin tərəzilərdə çəkərək düzgünlüyü yoxlaya bilərlər. Təəssüf ki, bazarlar həm çəki, həm də keyfiyyət baxımından alıcıların ən çox aldandığı məkanlara çevrilib. Azərbaycanın fəxri olan gözəl bazarlarda belə halların baş verməsi yolverilməzdir. AQTA-nın bu məkanlarda daimi açıq nümayəndəliyi olmalıdır”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Səhər rutinləri həyatımızı necə dəyişir?
Next: Netanyahu Misirdəki sammitə getməyəcək

OXŞAR MÖVZULAR

eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

admin 23 Aprel 2026
ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

admin 23 Aprel 2026
df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib eb559d92-784a-4a36-8c10-29f33f974a42

Dövlət Dəniz və Liman Agentliyində gəmi heyətinin idarəetmə səviyyəsində çalışan dənizçilərlə görüş keçirilib

23 Aprel 2026
Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir” ffec7384-3a3e-439c-b271-c278aa270a3e

Ermənistanın təhvil verdiyi mövqelər: “Bunlar Azərbaycanın suveren əraziləridir”

23 Aprel 2026
Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir” df5392e7-b5ac-498c-935e-9eef89db6bea

Eldəniz Əmirov: “Azərbaycan istehlakçısı çox yemir, bahalı yeyir”

23 Aprel 2026
Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb 02de5cd8-6ed8-4cec-b8b4-39fc322a71df

Dövlət Xidmətinin 4 rayon şöbəsində rüşvətlə bağlı əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb

23 Aprel 2026
TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər bleZJUTrdVDCIT1832V88VVMBDJFdKomzDnJJw46_1200

TDT ölkələri “Türk Dünyasına Yaşıl Baxış” konsepsiyasını dəstəkləyiblər

23 Aprel 2026
Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub kxucwe2HQecOL5lfcWkwaamBq9fQWFtI4lP0VCZA_1200

Bu ilin birinci rübündə baş verən avtoqəzalarda 140 nəfər həlak olub

23 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.