Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Alfa qadın olmaq xoşbəxtlikdir, yoxsa yük? – Psixoloqdan AÇIQLAMA
MANŞETÖZƏL

Alfa qadın olmaq xoşbəxtlikdir, yoxsa yük? – Psixoloqdan AÇIQLAMA

13 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Cəmiyyət onları həmişə güclü, idarəedici və özünəinamlı görür. Onlar qərar verən, məsuliyyət götürən, heç kimə ehtiyacı olmayan qadın obrazıdır. Lakin psixoloqların fikrincə, “alfa qadın” adlandırdığımız bu güclü xarakterlərin daxili dünyasında çox vaxt gizli yorğunluq, emosional təklik və mübarizə də yaşayır. Xüsusilə münasibətlərdə liderlik və müstəqillik bəzən üstünlükdən çox çətinliyə çevrilir. Bəs alfa qadınlar münasibətlərində nələrlə qarşılaşırlar?

Mövzu ilə bağlı psixoloq Zeynəb Əyyubova Paraqraf.com-a açıqlamasında bildirib ki, alfa qadınlar enerjili, lider ruhlu və müstəqil düşüncəli insanlardır:

“Onlar həyatlarının idarəsini öz əllərində saxlamaq istəyirlər. Amma bəzən bu xüsusiyyətlər onları emosional yorğunluğa və tənha hiss etməyə gətirib çıxara bilər. Çünki hər şeyi təkbaşına idarə etmək ehtiyacı zamanla daxili gərginlik yaradır.
Ən çox rast gəlinən hallar bunlardır:
Perfeksionizm – Hər şeyin mükəmməl olmasını istəmək və özündən çox yüksək gözləntilər qoymaq.
İdarəetmə ehtiyacı – Nəzarəti itirmək qorxusu, başqalarına güvənməkdə çətinlik.
Emosional tək qalmaq hissi – Güclü görünmək istəyi bəzən daxildəki həssas hissləri gizlədir və bu, tənha hiss yaratır.
İstirahətə icazə verməmək – Daim “hərəkətdə olmaq” istəyi səbəbindən özünə vaxt ayırmamaq”.

Psixoloq qeyd edib ki, alfa qadınlar münasibətlərdə bəzən bərabər güc balansını qorumaqda çətinlik çəkə bilirlər:

“ Onların təbiətində liderlik və qərar vermək istəyi var. Bu, tərəfdaş tərəfindən bəzən “dominantlıq” kimi qəbul olunur. Nəticədə, münasibətdə güc savaşı yarana bilər.
Digər tərəfdən, alfa qadınlar sevdiklərini qorumaq və dəstək olmaq istəyərkən, bəzən “bütün məsuliyyəti öz üzərinə götürürlər”. Bu da münasibətdə emosional məsafə yarada bilər.
Əslində alfa qadınlar üçün ideal münasibət – bərabər dəyərin, qarşılıqlı hörmətin və anlayışın olduğu bir münasibətdir.
Zəifliyi güc kimi qəbul etmək – Duyğularını ifadə etmək zəiflik deyil, insan olmağın təbii halıdır.
Nəzarəti paylaşmaq – Hər şeyi tək etmək əvəzinə, yaxın insanlara güvənməyi öyrənmək.
Daxili balans yaratmaq – Həyatın yalnız nailiyyətlərdən ibarət olmadığını dərk etmək.
Özünə mərhəmət – Uğura aparan yolda bəzən dayanmaq, nəfəs almaq və sadəcə “olmaq” da önəmlidir”.

O əlavə edib ki, alfa qadın olmaq bir üstünlükdür:

“Amma bu gücü balansla idarə etmək daxili harmoniya üçün vacibdir. Ən güclü qadınlar, həm də öz zəif tərəflərini qəbul edə bilənlərdir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İrandan Azərbaycana narkotik keçirmək istədilər

Next

Trampın çıxışı zamanı etiraz etdilər, zaldan çıxarıldılar

Copyright 2026— Praqraf.com. All rights reserved