Rəşt-Astara dəmir yolu müqaviləsi tezliklə imzalanacaq.
Paraqraf.com “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Taraffo bildirib.
“Bu həftə Bakıda Şimal-Cənub Dəhlizində əməkdaşlığı inkişaf etdirmək üçün İran, Rusiya və Azərbaycanın mühüm üçtərəfli görüşü keçiriləcək. Rəşt-Astara dəmir yolunun podratçısı kimi İran şirkəti ilə Rusiya şirkəti arasında kommersiya müqaviləsinin yekunlaşdırılması məsələsi davam edir. Tezliklə kommersiya müqaviləsinin imzalanacağı və layihənin icra mərhələsinə keçəcəyi gözlənilir”, – o qeyd edib.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
