Pakistan-Əfqanıstan sərhədində toqquşma – Ölənlər var
Əfqanıstan silahlı dəstələri Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər.
Paraqraf.com xəbər verir ki, bu barədə Pakistan mediası məlumat yayıb.
Qeyd olunub ki, Əfqanıstan döyüşçüləri dövlət sərhədinin 5-6 nöqtəsinə səbəbsiz atəş açıb.
Məlumata görə Pakistan cavab tədbirləri görüb.
İnsident nəticəsində beş əfqan hərbçinin həlak olduğu bildirilib.
Paraqraf.com
![]()