Republican Vice Presidential nominee JD Vance gives a speech and answers questions from reporters Friday, Aug. 16, 2024, at the Milwaukee Police Association in Milwaukee, Wis. Angela Major/WPR
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens HƏMAS tərəfindən saxlanılan israilli girovların yaxın saatlarda azad olunmasının gözlənildiyini bildirib.
Bu barədə o, “NBC News”a müsahibəsində söyləyib.
C. D. Vens qeyd edib ki, bu proses istənilən anda baş verə bilər:
“Biz onların növbəti 24 saat ərzində azad ediləcəyini gözləyirik”.
O, eyni zamanda bildirib ki, İsraildə yerləşdiriləcək 200 amerikalı hərbçi yalnız Qəzzadakı atəşkəs rejiminin monitorinqi üçün nəzərdə tutulub və onların döyüş əməliyyatlarında iştirakı planlaşdırılmır:
“Bizim məqsədimiz atəşkəsin qorunmasına nəzarət etmək, israilli qüvvələrin razılaşdırılmış xətti pozmamasını və HƏMAS tərəfindən mülki şəxslərə hücumların qarşısının alınmasını təmin etməkdir. ABŞ-nin Qazada hərbi əməliyyatlara qoşulmaq niyyəti yoxdur”.
![]()
