Son illərdə gənclər kitabdan uzaqlaşıb. Əvvəllər kitab ən yaxın dost sayılırdısa, ən çox istifadə olunan məşğuliyyət idisə indi yerini telefon və sosial şəbəkələr tutub. Əvvəllər vərdiş halında olan -oxumaq- indi sadəcə nadirən rast gəlinir.
Oxumaq vərdişi zamanla səssizcə həyatımızdan uzaqlaşdı. Bəs səbəblər? İlkin səbəbi sosial şəbəkələrdir ki, insanlar ona limitsiz zaman ayırır. Gənclər sürətli məlumat əldə etməyə alışdıqları üçün uzun mətn oxumaqda çətinlik çəkirlər. Ailədə, məktəbdə oxuma nümunəsi azdır.
Oxumaq vərdişini geri qaytarmaq üçün hər gün az da olsa oxumaq, sosial mediada kitablarla bağlı blog yazıları, paylaşımları izləmək ümidverici nəticə əldə etməyə kömək edə bilər. Həmçinin ailələrdə, məktəblərdə oxuma saatı təşkil etmək məqsədə uyğun olacaqdır.
Kitab oxumaq itirilmiş vərdiş deyil, sadəcə unudulmuş bir dostdur. Onu yenidən tapmaq isə bizim əlimizdədir.
Gənclərin kitabdan uzaqlaşması, əslində, səssiz bir boşluğun yaranması deməkdir. Amma bu boşluğu doldurmaq mümkündür. Yetər ki, kitabı yenidən gündəlik həyatımıza qaytaraq, onu modadan düşmüş əşya kimi deyil, ruhumuzu qidalandıran bir dost kimi görək. Hər səhifə, hər sətir bizi bir az daha kamilləşdirir, bir az da dünyanı anlamağa yaxınlaşdırır. Unutmayaq: texnologiya bizi məlumatlı edə bilər, amma yalnız kitab bizi düşüncəli insan edə bilər.
M.Mehdiyeva
![]()
