Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov III MDB Oyunlarında uğur qazanan güləşçiləri təbrik edib.
Paraqraf.com xəbər verir ki, o, bu barədə “X” hesabında paylaşım edib:
“Azərbaycanda keçirilən III MDB Oyunlarında güləşçilərimiz uğurlu nəticələr əldə ediblər. Yarışlarda iştirak edən 27 güləşçi 5 qızıl, 6 gümüş və 9 bürünc olmaqla medallar qazanıb. İdmançılarımızı, onların məşqçilərini və bütün komandanı bu nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək yarışlarda onlara davamlı uğurlar arzulayırıq”, – M.Cabbarov qeyd edib.
Paraqraf.com
![]()
