Skip to content
04 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 10
  • Gələn il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri açıqlanıb

Gələn il Həcc ziyarətinə gedəcək zəvvarlar üçün sağlamlıq tələbləri açıqlanıb

Həsən 10 Oktyabr 2025
c0285019-b435-38db-aeb7-3eb5460b32b5_825
PAYLAŞIN:

Gələn il Səudiyyə Ərəbistanı Krallığına gedən zəvvarlar üçün sağlamlıq tələbləri və göstərişlər müəyyənləşib.

Paraqraf.com Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən xəbər verir ki, bu barədə sənəd Səudiyyə Ərəbistanı Krallığının səhiyyə orqanları tərəfindən Həcc və Ümrə ziyarəti üçün ölkəyə gələn zəvvarlara tətbiq edilən sağlamlıq tələblərini və profilaktik tədbirləri müəyyən etmək məqsədilə hazırlanıb.

Sənəddə əks olunan sağlamlıq tələbləri və göstərişlər aşağıdakı kimidir:

Ümumi sağlamlıq tələbləri

Zəvvarların və ziyarətçilərin sağlamlığına və təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Buna əsasən, yoluxucu və ya ictimai sağlamlığa təhlükə yaradan xəstəliklərdən əziyyət çəkən şəxslərin səfəri tövsiyə edilmir.

Aşağıdakı xəstəlikləri olan şəxslər Həccə getməkdən çəkinməlidirlər:

Xroniki ürək, böyrək və ya ağciyər xəstəlikləri;

Mərkəzi sinir sisteminin xroniki xəstəlikləri (məsələn, insultdan sonra yaranan hallar);

Diabet, immunçatışmazlıq və ya bədən müqavimətini azaldan xəstəliklər;

Hamilə qadınlar;

Uşaqlar və yaşlı insanlar;

Kimyaterapiya alan və ya xərçəng xəstələri.

Yoluxucu xəstəliklərə qarşı tədbirlər

Səudiyyə Ərəbistanı Krallığına gəlmək istəyən zəvvarlar üçün COVID-19 peyvəndi tələb oluna bilər.

Peyvənd yalnız Səudiyyə Ərəbistanında təsdiq edilmiş vaksinlərdən biri olmalıdır.

Peyvənd səyahətdən ən azı 10 gün əvvəl, lakin 12 aydan çox olmayan müddətdə vurulmalıdır.

Epidemioloji vəziyyətə əsasən, Səudiyyə Ərəbistanı əlavə tələblər tətbiq edə bilər.

Məcburi peyvəndlər

a) Beyin qişası iltihabı (meninqokokk infeksiyası – ACWY)

Bütün zəvvarlar üçün məcburi peyvənddir.

Dördmikroblu meningokokk peyvəndi (ACWY) tələb olunur.

Peyvənd Səudiyyə Ərəbistanına gəlməzdən azı 10 gün əvvəl, amma 3 ildən çox əvvəl olmamalıdır.

Peyvənd haqqında beynəlxalq sertifikat təqdim olunmalıdır.

b) Digər peyvəndlər (tövsiyə olunanlar)

Mövsümi qrip (influenza) peyvəndi;

Sarı qızdırma və poliomielit peyvəndləri – yalnız həmin xəstəliklərin mövcud olduğu ölkələrdən gələn zəvvarlara tətbiq olunur.

Giriş və səhiyyə nəzarəti tədbirləri

Səudiyyə Ərəbistanına gələn zəvvarlar sərhəd-keçid məntəqələrində tibbi yoxlamadan keçə bilərlər.

Sağlamlıq sənədləri və peyvənd sertifikatları yoxlanılacaq.

Lazım gəldikdə, əlavə tibbi tədbirlər və profilaktik nəzarət tətbiq oluna bilər.

Ümumi sağlamlıq tövsiyələri

Qida təhlükəsizliyinə və şəxsi gigiyenaya ciddi riayət edin.

Ziyarət zamanı su qəbulu, istidən qorunma və dincəlmə rejiminə əməl edin.

Qrup rəhbərlərinin və səhiyyə işçilərinin göstərişlərinə qulaq asın.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün sıx yerlərdə tibbi maskadan istifadə etmək tövsiyə olunur.

Xəstəlik əlamətləri hiss etdikdə dərhal tibbi yardım tələb edin.

Əlavə qeydlər

Səudiyyə Ərəbistanının səhiyyə orqanları beynəlxalq vəziyyəti nəzərə alaraq gələcəkdə əlavə tələblər və peyvəndlər barədə qərar qəbul edə bilər.

Bu qərarlar Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələrinə əsasən yenilənə bilər.

Loading

About The Author

Həsən

See author's posts

Post navigation

Previous: Emre Belözoğlunu o əvəzləyəcək
Next: Türkiyədə üçmərtəbəli evdə yanğın olub, bir uşaq ölüb, 12 nəfər yaralanıb

OXŞAR MÖVZULAR

DCnTNMWiWZZ32dGqixWPgI358QXwms7PqHKLwkae_1200

Sabah Azərbaycanda 31 dərəcə isti olacaq

Həsən 03 İyun 2026
Screenshot

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsinin anonsunu verdi – VİDEO

Həsən 03 İyun 2026
SR7MpSrqj955schM5RU9pMtuEqA36WilCiCoWase_1200

MKA Azərbaycanda qanunsuz onlayn mərc oyunlarının qarşısını almaq üçün tədbirlər görəcək

Həsən 02 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026

BÜTÜN YAZILAR

60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

Həsən 03 İyun 2026
xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

Həsən 03 İyun 2026
NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Həsən 03 İyun 2026
fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Həsən 03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.