Özbəkistanda rəqəmsallaşmanın tətbiqi və süni intellektin inkişafı nəticəsində 1 noyabr tarixinədək 2 141 məmurun vəzifəsi ixtisar olunacaq.
Paraqraf.com xəbər verir ki, müvafiq fərmanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıb.
Fərmana əsasən, Vergilər Komitəsində 498, Su Təsərrüfatı Nazirliyində 224, Kənd Təsərrüfatı Nazirliyində isə 200 ştat vahidi ixtisar ediləcək.
Bundan əlavə, Ədliyyə Nazirliyində 197, Ekologiya, Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişikliyi Nazirliyində 176, Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyində isə 163 məmurun vəzifəsinə son veriləcək.
![]()
Visited 3 times, 1 visit(s) today
