Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Nazirlik Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı
CƏMİYYƏT

Nazirlik Xalq artistinin ölümü ilə bağlı məlumat yaydı

09 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın mədəniyyət ictimaiyyətinə ağır itki üz verib. Görkəmli aktrisa və bədii qiraət ustası, Xalq artisti Əminə Yusifqızı oktyabrın 9-da, ömrünün 89-cu ilində vəfat edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. 1961-ci ildə M.F.Axundzadə adına Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki Bakı Slavyan Universiteti) bitirib. O, məktəbli yaşlarından səhnə sənətinə böyük maraq göstərib. 1958–1964-cü illərdə Gənc Tamaşaçılar Teatrında, 1974-cü ilədək Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərib. “Anacan” (Y.Əzimzadə), “Son məktub” (R.İsmayılov), “Söz yarası” (Q.Rəsulov), “Ana tarla” (Ç.Aytmatov), “Şeytanın şagirdi” (B.Şou) və s. tamaşalarda maraqlı obrazlar yaradıb.

1974-cü ildə “Azərbaycanfilm” kinostudiyasında işə başlayan Əminə Yusifqızı “Şərikli çörək”, “Sən niyə susursan?”, “Bizim küçənin uşaqları”, “Musiqi müəllimi” və s. filmlərdə, eləcə də televiziya tamaşalarında çəkilib. Çoxsaylı filmlərin dublyajında uğurla iştirak edib, kino qəhrəmanlarını öz məlahətli səsi ilə tamaşaçılara sevdirib.

Əminə Yusifqızı klassik və çağdaş Azərbaycan poeziyasının yorulmaz təbliğatçısı kimi də sənət tariximizdə silinməz iz qoyub. Uzun illər çalışdığı Azərbaycan Dövlət Televiziya və Radiosunun efirində görkəmli şairlərimizin yaradıcılıq nümunələri onun qiraətində tamaşaçı və dinləyicilərin qəlbinə yol tapıb.
Mədəniyyətimizin inkişafında xidmətləri yüksək qiymətləndirilən aktrisa 1982-ci ildə “Əməkdar artist”, 1998-ci ildə “Xalq artisti” fəxri adlarına, 2016-cı ildə isə “Şöhrət” ordeninə layiq görülüb.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident Putinə təşəkkür etdi

Next

Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edir

Copyright 2026— Praqraf.com. All rights reserved