Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Narkotik əməliyyatından sonra səhnəyə çıxan Hadisedən ilk açıqlama: “Siqaret belə çəkmirəm”
DÜNYA

Narkotik əməliyyatından sonra səhnəyə çıxan Hadisedən ilk açıqlama: “Siqaret belə çəkmirəm”

09 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Dünən səhər 19 məşhuru hədəf alan narkotik əməliyyatında saxlanılanlardan biri də məşhur müğənni Hadisə olub. Qan, sidik və saç nümunələri götürdükdən sonra sərbəst buraxılan Hadisə həmin axşam Ankaradakı konsertini ləğv etməyib.

Paraqraf.com “Onedio” saytına istinadən xəbər verir ki, Hadisə konsert zamanı səhnədən yaşadıqlarını emosional şəkildə danışıb.

“Sizi gözlətdiyimiz üçün üzr istəyirəm, amma kömək edə bilmədik. Biz çətinliklə bacardıq. Yalnız menecerim Haluk Şentürk şəxsi təyyarə təşkil etdiyi üçün bura çata bildik. O olmasaydı, çatmazdıq”.

Səhər yaşadıqlarını danışarkən duyğulanan Hadise ilk dəfə belə bir vəziyyətlə qarşılaşdığını söyləyib:

“Həyatımda ilk dəfə səhər saat 6:30-da dəhşət içində oyandım. Qapım döyüldü. Bacım da yanımda idi. Mühafizə xidmətinə zəng vurub soruşdum ki, nə baş verir? Dedilər ki, polis əməkdaşları gəliblər.

Hər birimizin başına hər şey gələ bilər, amma siqaret belə çəkmirəm. Bugünkü əməliyyatda adımın hallanması məni məyus etdi. Bu ağırdır. Valideynlərim məni belə tərbiyə etməyiblər. Mən işini sevən qadınam. Nə ata pulu, nə ana pulu, nə keçmiş sevgilimin pulu… Mən bura öz zəhmətimlə gəlmişəm”.

Hadisə konsertini yarımçıq qoymamaq qərarını “Tamaşaçılarıma bir vədim var” deyərək izah edib, yaşadığı vəziyyətin psixoloji vəziyyətinə mənfi təsir etdiyini, ancaq güclü qalmağa çalışdığını bildirib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Təbii diş təmizləyiciləri: Hansı meyvə və tərəvəzlər fırçanı əvəz edə bilər?

Next

Alimləri heyrətləndirən kəşf – Laplandiyada ağaclarda qızıl “bitir”

Copyright 2026— Praqraf.com. All rights reserved