Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/“İranın sülh prosesinə qoşulması real görünür” – Tramp
DÜNYA

“İranın sülh prosesinə qoşulması real görünür” – Tramp

09 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın nüvə silahına sahib olmasına cəmi bir, ya da iki ay qalırdı və əgər o buna imkan versəydi, Qəzzaya dair saziş baş tutmazdı.

Paraqraf.com-un məlumatına görə, Tramp bu fikirləri “Fox News”a verdiyi müsahibədə səsləndirib.

Prezident qeyd edib ki, Qəzza ilə bağlı razılaşma çərçivəsində İranla da danışıqlar aparılıb:

“Bu, əvvəlki İran deyil. Açıq desəm, çox konstruktiv müzakirələr apardıq və gördüyünüz kimi, onlar bu sazişə uğurlar dilədilər. Bu, mühüm irəliləyişdir. Düşünürəm ki, əgər İranın nüvə silahı olsaydı, bağlanacaq hər hansı müqavilə risk altında olardı. Bu gün isə həmin risk yoxdur və biz sülhə doğru irəliləyirik”.

Tramp əlavə edib ki, İranın sülh prosesinə qoşulması real görünür:

“Açıq şəkildə razılaşmayan ölkələr belə bu prosesdə iştirak edir. İnanıram ki, İran da ümumi sülh təşəbbüsünün bir hissəsi olacaq”.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bayramov İspaniyanın dövlət katibi ilə görüşdü – Fotolar

Next

Zelenski elan etdi: Rusiya ordusu 12 mindən çox itki verdi 12 Punto 14 Punto 16 Punto

Copyright 2026— Praqraf.com. All rights reserved