Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 9
  • Cənubi Qafqazda yeni güc formalaşır: Ankara görüşü tarixi qərarların başlanğıcıdır!

Cənubi Qafqazda yeni güc formalaşır: Ankara görüşü tarixi qərarların başlanğıcıdır!

admin 09 Oktyabr 2025 3 minutes read
IMG-20251009-WA0018
PAYLAŞIN:

Qlobal miqyasda geosiyasi gərginliklərin artdığı, yeni münaqişə ocaqlarının yarandığı bir dövrdə dövlətlər təhlükəsizlik məsələlərinə daha ciddi yanaşmağa başlayıblar. Xüsusilə Cənubi Qafqaz kimi strateji əhəmiyyətə malik bölgədə regional əməkdaşlıq və hərbi koordinasiya zərurətə çevrilib. Bu fonda Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Ankarada baş tutan üçtərəfli görüşü diqqət mərkəzindədir.

Mövzu ilə bağlı siyasi şərhçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Üzeyir Mustafayev Paraqraf.com-a açıqlamasında bildirib ki, dünyada aktiv münaqişələrin genişlənməsi və yeni münaqişə ocaqlarının yaranması fonunda təhlükəsizliyin təmin olunması hər bir dövlət üçün mütləq zərurətə çevrilib:

“Hazırkı beynəlxalq vəziyyətdə dövlətlər kollektiv və ya fərdi imkanlardan istifadə edərək müdafiə sahəsini gücləndirir, yeni təcrübə və texnologiyalardan yararlanmağa çalışırlar. Bu baxımdan Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin Ankarada keçirilən görüşü xüsusi əhəmiyyət daşıyır. Müdafiə və təhlükəsizlik sahəsində Azərbaycan və Türkiyə arasında geniş əlaqələr mövcuddur. Yaxın dövrün faktını xatırladaq ki, Türkiyənin dünya bazarında xüsusi çəkiyə malik “Baykar Makina” şirkətinin törəməsi olan “Bayraktar Teknoloji Azərbaycan” MMC Azərbaycanda PUA istehsalını həyata keçirir. İkinci Qarabağ müharibəsində PUA-ların döyüş meydanında fəaliyyəti dünya hərb tarixinə düşmüş hadisədir. Eyni zamanda Azərbaycan və Gürcüstan arasında da əksər sahələrdə qarşılıqlı əməkdaşlıq mövcuddur. İkitərəfli münasibətlər inkişaf edir və sahələr üzrə əməkdaşlıq imkanları genişlənir”.

Siyasi şərhçi qeyd edib ki, müdafiə nazirlərinin Ankara görüşü hər üç dövlət arasında mövcud əlaqələrin daha da dərinləşdiyini və təhlükəsizlik sahəsində yeni imkanların yarandığını göstərir:

“Görüşdə üç dövlət arasında regional təhlükəsizlik, hərbi əməkdaşlıq və birgə təlimlərin keçirilməsi kimi vacib məsələlərin müzakirə olunması gözlənilir. Cənubi Qafqaz kimi mürəkkəb regionda dövlətlərin öz təhlükəsizliklərini təmin etməsi naminə hərbi potensiallarını artırmaları və bu istiqamətdə əməkdaşlığı genişləndirmələri zəruridir. Bu əməkdaşlıqlar üçüncü tərəfi hədəf almır. Azərbaycan, Türkiyə və Gürcüstan öz təhlükəsizliyini təmin etməkdə maraqlıdır. Bu gücləndirmə siyasəti regional sülhə və sabitliyə xidmət edir”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Düşənbədə Əliyevlə Putinin təkbətək görüşü keçirilir
Next: Putin Əliyevlə görüşdən əvvəl Moskvaya zəng edib

OXŞAR MÖVZULAR

Ky6GtZD1sN3qdmNZQ2OR9bPK3P0WCopYrrodFE0h_1200

İlham Əliyev Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib

admin 06 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

Ceyhun Məmmədov: “Naxçıvanın vurulması İranın acizliyinin və qorxaqlığının açıq göstəricisidir”

admin 06 Mart 2026
647698508_870797589282233_8193893080813526771_n

Naxçıvana uzanan əl: Azərbaycanın səbrini sınayan təhlükəli təxribat

admin 06 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.