Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/AFFA İntizam Komitəsinin qərarları: “Neftçi” 16 200 manat cərimələndi
İDMAN

AFFA İntizam Komitəsinin qərarları: “Neftçi” 16 200 manat cərimələndi

09 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Neftçi”, “Zirə”, “Sumqayıt” və “Şamaxı” klubları cərimələnib.

Paraqraf.com xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin məlumatında qeyd olunub.

Misli Premyer Liqasının VII turunda ən çox cərimə edilən klub “Neftçi” olub. Belə ki, “Zirə” – “Neftçi” oyununun 90+7-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Ayron Qomis ikinci sarıdan qırmızı vərəqə aldığı üçün bir oyun cəzalanıb, paytaxt klubu 500 manat, dörd nəfər sarı vərəqə aldığı üçün isə 700 manat cərimə olunub.

Həmçinin komandanın azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə “Neftçi” 10 000 manat cərimə ödəməli olacaq. Bundan başqa, oyunun 90+5-ci dəqiqəsində “Neftçi”nin məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün iki oyun cəzalanıb və klubunu 5 000 manat ziyana salıb.

“Zirə” klubu isə VAR maşını ətrafında təhlükəsizlik tam təmin edilmədiyinə görə 1 000 manat ziyana düşüb.

“Sumqayıt” – “Turan Tovuz” görüşündə 4 futbolçusu sarı vərəqə aldığı üçün meydan sahibi 700 manat cərimə ödəyəcək.

“Qəbələ” – “Şamaxı” oyununda 4 futbolçusu sarı vərəqə alan “Şamaxı” klubu da 700 manat cərimələnib.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Müəllimlərin maaş artımı ilə bağlı MÜƏMMA

Next

Qəbələdə tarixi zirvə: Zəngəzur dəhlizi türk dünyasını yeni dövrə daşıyır!

Copyright 2026— Praqraf.com. All rights reserved