Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Molla arvadını öldürəndən sonra namaz qılıbmış…
HADİSƏ

Molla arvadını öldürəndən sonra namaz qılıbmış…

08 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu ilin aprelində Xaçmazın Xaspoladoba kəndində 45 yaşlı Yaqut Məmmədova​nın həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Paraqraf.com xəbər verir ki, mərhumun həyat yoldaşı, həmin kəndin mollası 1977-ci il təvəllüdlü Asəf Məmmədova hökm oxunub.

Bildirilib ki, hadisə baş verən gün Asəfin qardaşı oğlunun əsgər getməsi ilə əlaqədar məclis olub və həyat yoldaşı Yaqut həmin məclisdə iştirak edib. Oraya gedən Asəf xanımından məclisi tərk etməsini tələb edib və onu evə aparıb. Yolda olarkən qadın ərini onun qohum məclislərində iştirak etməyə imkan verməməkdə günahlandırıb və aralarında mübahisə baş verib.

Evə getdikdən sonra mübahisə davam edib və Asəf arvadını yaylıqla boğaraq qətlə yetirib. O, həyat yoldaşını öldürəndən sonra kənd məscidində gecə namazı qılıb, daha sonra isə polis şöbəsinə gedərək təslim olub.

Məhkəmədə ifadə verən A.Məmmədov arvadını qətlə yetirdiyinə görə çox peşman olduğunu, daha əvvəl heç vaxt onu incitmədiyini, əvvəllər nevrozdan əziyyət çəkdiyini və əsəblərinə hakim ola bilmədiyi üçün belə bir əməl törətdiyini deyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədova 10 il 6 ay həbs cəzası verilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Din Heysen azərbaycanlı ilə qohum oldu – Video+Fotolar

Next

Qazaıxstanda Turan Akademiyası yaradıldı

Copyright 2026— Praqraf.com. All rights reserved