Rusiya Prezidenti Vladimir Putinlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında keçirilən telefon danışığı beynəlxalq siyasətdə maraq doğurub. Qəzza əməliyyatlarının dayandırılması fonunda baş tutan bu təmas, Moskva ilə Təl-Əvivin mövqelərinin yaxınlaşması ehtimalını gündəmə gətirib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Paraqraf.com-a açıqlamasında bildirib ki, Qəzzada əməliyyatların dayandırılması Qərbin, xüsusilə də ABŞ-nin təzyiqi ilə mümkün olub:

“Bu, ABŞ və İsrail arasında müəyyən gərginliyə səbəb olub. Putin isə görünür, İsrailin yanında olduqlarını göstərmək istəyib. Bununla Rusiya həm İsrailə dəstəyini nümayiş etdirir, həm də əvəzində onlardan müəyyən dəstək gözləyir. Telefon danışığı da bu kontekstdə başa düşüləndir. Nəticədə həm Rusiya, həm də İsrail işğalçı dövlətlərdir”.
Politoloq əlavə edib ki, Qəzzaya sonuncu humanitar yardımın da dayandırılması fonunda Rusiya–İsrail yaxınlaşması təəccüblü görünmür:
“Amma bu istənilən nəticəni verməyəcək. İsrail üçün əsas tərəfdaş ABŞ-dir. İsrail ABŞ-ni Rusiyaya dəyişməyəcək”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
